İki ildən sonra XI sinfi bitirənlər yeni qaydalarla imtahan verəcək – RƏSMİ

“Bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalar əsasında aparılacaq. XI siniflər üzrə buraxılış imtahanlarında isə heç bir dəyişiklik edilməyib”.

Etikxeber.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, XI sinfin buraxılış imtahanları ötənilki modelə əsasən aparılacaq. Onun sözlərinə görə, XI sinifdə buraxılış imtahanı verən şagirdlər qəbul imtahanında iştirak etmədən V qrup üzrə orta ixtisas təhsili müəssisələrinə, o cümlədən qabiliyyət tələb edən ixtisasları seçə biləcəklər:

“Gələn il də buraxılış imtahanında dəyişiklik olmayacaq. Amma iki ildən sonra XI sinfi bitirənlər yeni qaydalarla imtahan verəcəklər: “Bu dəyişiklik hazırda 10-cu sinif şagirdlərinin kurikulumla oxuması ilə əlaqədardır. O zaman qaydalar dəyişəcək. Dəyişikliklərin hansı formada olacağını indidən demək çətindir”.

Etikxeber.az

Read Previous

Ailə qurmaq istəyən 4 min 358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlandı

Read Next

Azərbaycanda milli büdcə aviadaşıyıcısı “BUTA AIRWAYS” yaradılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir