İki kənd “sürüşdü”…

İntensiv yağan yağışlar İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaradıb.

Etikxeber.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, təxminən 1 həftədir başlayan sürüşmə son iki gündə daha da aktivləşib. Ümumilikdə 320 nəfər sakini olan Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Bəzi evlərin divarlarında xırda çatlar əmələ gəlib.

Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. Yaranan yarğan kənd sakini Əliyev Ağalı Nadir oğlunun həyətyanı sahəsinə doğru hərəkət edərək təsərrüfat tikilisinə böyük ziyan vurub, onun yaşadığı mənzil isə uçmaq təhlükəsi qarşısında qalıb, mənzildə çatlar əmələ gəlib.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əraziyə aidiyyatı orqanlar tərəfindən baxış keçirilib və hələ ki, 1 evin sakinlərinin təxliyə olunmasına qərar verilib. Sürüşmə sahəsi genişlənərsə və başqa sakinlərin mənzillərinə də ziyan dəyərsə, dərhal evlərin boşaldılmasına və ailələrin təhlükəsiz əraziyə köçürülməsinə qərar veriləcək.

Etikxeber.az

Read Previous

“Dahilər gördüm – heç birinin ulduzluğu tutmadı…” – Əməkdar artist

Read Next

Prezidentlər bəyanatlarla çıxış etdilər – FOTOLAR -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir