Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakıda qaçan məhbusların adları məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
***
Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
Etikxeber.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, məhkumlar Bakıdan qatarla Şirvana qatarla aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.
Hazırda qaçan məhkumların axtarışı davam edir.
Etikxeber.az