Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Balakən rayonunun Qazma kəndindən olan İkinci Vətən Müharibəsi iştirakçısı və Qazisi, peşəkar hərbçi, ali təhsilli, iki medallı, iki övlad atası Hacı Əli oğlu Muradov yenidən cərrahiyyə əməliyyatı olunub.
Etikxeber.az xəbər verir ki, İkinci Vətən Müharibəsi zamanı Kəlbəcər istiqamətində qanlı döyüşlər zamanı iki dəfə (okyabrın biri və ikisində) başından, beyin nahiyəsindən və qolundan ağır yaralanan Hacı Muradov bir neçə ay hospital və ev şəraitində müaliciə alıb, əməliyyatı olunub.
Onun başından-beynindən 7 sm uzunluğunda qəlpə çıxarılıb.
Bununla yanaşı, bədənində 70-dən çox qəlpə qalıb və qalmaqdadır ki, onlar da sinirlərin üstündə olduğu üçün səhhətinə təhlükə törədər deyə çıxarılmayıb, əməliyyat edilməyib.
Bir müddət öncə Hacı Muradova səhhəti ilə bağlı iki qrup əlillik dərəcəsi verilib.
Bugünlərdə isə 1989-cu il təvəllüdlü Qazimiz Bakı şəhərində yenidən əməliyyat olunub.
O, Respublika Neorocərrahiyyə Xəstəxanasında başından (beyin nahiyəsindən) növbəti dəfə əməliyyat edilib.
Əməliyyatı uğurlu keçib.
Əməliyyatdan çıxan Qazimiz indi özünü yaxşı hiss edir və evinə, ailəsinə dönməyə hazırlaşır.
Allah özü köməyi olsun, şəfasını versin-Qazimizin!



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az