İki millət vəkili MM-in iclasından yazdı- BİRİ “RUS İŞĞALI”NDAN, DİGƏRİ KREDİTLƏRƏ 3 AYLIQ GÜZƏŞTİN TƏTBİQ EDİLMƏSİNDƏN…

Bu gün Milli Məclisdəki (MM) müzakirələrdə qeyd etdim ki, bu ilin aprel ayının 28-də müstəqil Azərbaycan dövlətinin bolşevik Rusiyası tərəfindən işğalının 100 illiyi tamam olur. Millətimizin yaşadığı bu acı tarixi ona görə dövlət səviyyəsində qeyd etməliyik ki, müasir Azərbaycan dövləti həmin devrilən Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Dövlət olaraq öz tariximizin bu qanlı səhifəsinə biganə qala bilmərik.

Etikxeber.az xəbər verir ki, bunu MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa öz sosial şəbəkə hesabında yazıb

“Hazırda virus bəlasının tüğyan etdiyi bir şəraitdə bunu geniş masştabda qeyd etmək imkanı olmasa da, ən azı Milli Məclisin bu tarixlə bağlı ayrıca qərar qəbul etməsi məqsədəuyğun olardı. O cümlədən, digər mümkün olan tədbirlərin də keçirilməsi vacibdir. Bu kimi addımlarla müstəqilliyimizi qurmuş babalarımızın ruhuna sayğımızı ifadə etmiş olarıq”-deyə, o, sonra yazıb.

“Bu gün Milli Məclisin növbəti plenar iclası oldu. Kifayət qədər məhsuldar keçən iclasda 16 məsələ müzakirə edildi. “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliklər ilə bağlı plenar iclasda çıxışım zamanı bir sıra məsələlərə, o cümlədən kreditlərə çıxış imkanlarının genişləndirilməsi və növbəti 3 ay müddətində kreditlərə güzəştin verilməsini təklif etdim. Koronavirus pandemiyası vətəndaşlarımızın gəlirlərinə birbaşa təsir göstərir. Sahibkarlar və vətəndaşlar üçün 3 ay müddətində kredit ödənilməsində güzəştlər müəyyən edilməsi və yubanmalara görə faiz və cərimələr hesablanmamasını təklif etdim. Eyni zamanda, bankların likvidliyinin qorunub saxlanılması üçün də Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər təklif etməsi zəruridir”.

Bunu isə digər millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında qeyd edib.

O, sonra yazıb:

“Kreditlərə 3 aylıq güzəştin tətbiq edilməsi indiki halda bank müştəriləri olan vətəndaşlarımıza xüsusi dəstək olardı. Digər tərəfdən, ölkə üzrə 15.1 milyard manatlıq kredit portfelinin 12.1 milyard manatı Bakının payna düşür. Bu o deməkdir ki, kommersiya bankları kreditlərinin cəmi 20 faizini Bakıdan kənar təklif edirlər. Deməli, hər 100 manat kreditin cəmi 20 manatı rayonlara verilir. Bunun əsas səəblərindən biri də bankların rayonda fəaliyyət göstərən sahibkarlardan girov kimi paytaxtda əmlak tələb etməsidir. Rayon sahibkarlarının çoxunun belə girovlar təklif etmək imkları yoxdur. Bu baxımdan, daşınar və daşınmaz əmlaklar üzrə də girov mexanizminin təkmilləşdirilməsini təklif etdim. Başqa tərəfdən, 2018-ci ilin mart ayinda istifadəyə verilən Daşınar Əmlakın Yüklülüyü Reyestri Portalı hazırda aktiv deyil və bu da daşınar əmlakın reysterində çətinliklər yaradır. Bu baxımdan, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun icrasının qiymətləndirilməsi məqsədəuyğun olardı…”.

17:58

Etikxeber.az

Read Previous

“Su çatışmazlığı problemi həll olunmalıdır”-DEPUTAT AİDİYYATI QURUMLARA MÜRACİƏT ETDİ, MM-DƏN BİR DAHA SƏSLƏNDİ – YENİLƏNİB

Read Next

“7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm…”-ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir