“İki nəhəng dövlətin rəsmilərinin görüşünün Bakda reallaşmasından ancaq qürur hissi keçirmək olar” – MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın dünyada, beynəlxalq aləmdə artan nüfuzunun təzahürüdür. Bu, eyni zamanda dünyanın iki fövqəldövlətinin, iki supergücünün Azərbaycana dərin etibar və etmidadının əyani sübutudur”.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini Jalə Əliyeva deyib.

“Bildiyiniz kimi, bu gün dünyamız qaynar qazanı xatırladır. Ərtafımız sözün əsl mənasında od tutub, yanır. Bütün bunların fonunda isə ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, çox düşünülmüş, müdrik daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan bölgənin, regionun sabitlik, təhlükəsizlik adasına çevrilib” – deyən millət vəkilinin eyni zamanda bildirdiyinə görə, bu gün dünyanın iki nəhəngini-ABŞ və Rusiyanı daha çox Yaxın Şərq, İraq, İran və Suriyada baş verən proseslər narahat etdiyindən onlar adları qeyd olunan ölkələrdə baş verənləri müzakirə etmək üçün münasib məkan axtarırdılar.
Millət vəkili bildirib ki, regionda Azərbaycan, Gürcüstan və Ermənistan bu proseslərdən kənarda olduğu üçün görüş bu üç ölkədən birində baş tuta bilərdi.
“Ancaq Gürcüstan məlum hadisələrə görə Rusiya üçün uyğun, məqbul deyil. Ermənistan isə Rusiyanın forpostudur. Belə olduğu halda, görüşün Ermənistanda keçirilməsi ABŞ üçün məqbul deyil. Azərbaycan isə dünyəvi, sözün əsl mənasında müstəqil, balanslı siyasət yürüdən dövlətdir, Qoşulmama Hərəkatının üzvüdür və sair. Belə olan təqdirdə, bütün diqqətlər və nəzərlər Azərbaycana yönəldi. Təbii ki, Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsini, təhlükəsizlik və kommunikasiya baxımından əlverişli olmasını da burada mütləq vurğulamaq vacibdir. Həmçinin, son zamanlar Azərbaycanda mötəbər idman, mədəni, beynəlxalq tədbirlərin, forumların da keçirilməsini bura əlavə etmək olar. Bu baxımdan, Bakı Cozef Danford və Valeri Gerasimov arasında görüş üçün unikal meydan oldu. Belə bir görüşün Azərbaycanda baş tutmasından isə ancaq və ancaq fəxr etmək, qürur hissi keçirmək olar. Kimsə də bunun əksini düşünə bilməz…”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır – POLİTOLOQ

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir