İki nazir Ermənistanla sülh müqaviləsinin hazırlanmasını-MÜZAKİRƏ ETDİ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Etikxeber.az Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Etikxeber.az

Read Previous

22 yeni yoluxma-ÖLÜM FAKTI QEYDƏ ALINMAYIB

Read Next

“Övladlarımı, canımı, hər şeyimi Vətənə qurban verdim…Dövlətimdən yeganə istəyim odur ki, onların ev-muzeyini dövlət muzeyi kimi qeydiyyata alsın, yurdlarının dağılmasına imkan verməsin”-ŞƏHİD QARDAŞLAR – ƏLİ VƏ İSLAM ƏHMƏDOVLARIN ANASI ÖLKƏ RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir