“İki oğlum şirkətləri idarə edəcək və mənimlə heç nəyi müzakirə etməyəcəklər” – TRAMP

ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Tramp seçkilərdə qələbəsindən sonra bu gün Nyu-Yorkda ilk böyük mətbuat konfransı keçirib. O konfransda bir sıra kəskin məsələləri şərh edib.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp çıxışında Ağ evin Rusiya ilə münasibətlərinə xüsusi yer ayırıb. Qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə əlaqələri qaydaya salmağa ümid bəsləyir. Rusiya tərəfi İŞID-lə mübarizəyə kömək edə bilər.

Gələcək prezident çıxışında Moskvanın onun barəsində kompromat yığdığına dair informasiyanı şərh edib və yoxlanılmamış məlumatı dərc etməyən amerikalı jurnalistlərə təşəkkürünü bildirib. O, həmçinin ABŞ-ın siyasi institutlarına kiberhücumlarla bağlı Rusiyaya ünvanlanan ittihamlara da münasibətini açıqlayıb.

Donald Tramp mətbuat konfransında biznesinin gələcəkdə necə idarə olunması ilə bağlı məlumat verərək deyib: “İki oğlum şirkətləri idarə edəcək və onlar mənimlə heç bir məsələni müzakirə etməyəcəklər”.

Etikxeber.az

Read Previous

“Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin…” – DEPUTAT

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir