İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir… – SAHİBƏ QAFAROVA

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Xorvatiya Respublikasına baş tutan səfəri kifayət qədər məhsuldar keçib. Səfər çərçivəsində dövlətimizin başçısının Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə keçirdiyi görüş, aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycanla  Xorvatiyanın münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir.

Onun sözlərinə görə, Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var, bu əlaqələr genişlənir və güclənir.

sahiba-yeni-yeni

“Təsadüfi deyil ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal siyasi dialoq qurulmasından məmnunluqlarını bildiriblər. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində keçirilən görüşlərdə, eləcə də prezidentlərin bəyanatlarında iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi xüsusi olaraq nəzərə çatdırılıb. Hazırda iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya fəaliyyət göstərir. Sözügedən komissiyanın son iclası Bakıda keçirilib. Komissiyanın fəaliyyətinin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Bütövlükdə, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”-deyə, S. Qafarova qeyd edib.

Etikxeber.az

Read Previous

UEFA Millətlər Liqasının ikinci turuna yekun vurulacaq – BU GÜN

Read Next

Rusiya səfəri də nəticəsiz və uğursuz görüş kimi Paşinyanın karyerasına yazıldı – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir