Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhid, daha bir İgid…
Pəhləvan cüssəli, aslan parçası…
Bəhruz Firuz oğlu Quliyev…
30 il öncə-1990-cı ilin 9 mayında-Qələbə günündə dünyaya gəlib…
Əslən Goranboylu olsa da, Naftalan şəhərində böyüyüb, boya-basa çatıb, orada yaşayıb…
23 yaşında ailə qurub…
24 yaşında, 2014-cü ilin avqustun 13-də ilk övladı dünyaya gəlib…
Adını Elay qoyublar…
Balaca Elayın hazırda 6 yaşı var…
İkinci övladı Mədinə isə 2015-ci ilin noyabrın 2-də dünyaya göz açıb…
Balaca Mədinənin hazırda 5 yaşı var…
Ürəyi Vətən eşqi ilə döyünən Bəhruz ilk günlərdən İkinci Vətən Müharibəsinə qatılıb-döyüşlərə atılıb…
Müharibənin 15-ci gündə, oktyabrın 11-də – Suqovuşan istiqamətində döyüşlərdə Qəhrəmancasına həlak olub…
Ölümsüzlüyə, Şəhidliyə qovuşub…
Qələbə günündə dünyaya gəlib və həmin günün Haqqını verərək, Qəhrəmanlıq, Zəfər, Qələbə dastanı yazan Qaliblərdən biri-QALİB olub…

Qanıyla, canıyla…
Nur içində yat, Şəhidim…
Məkanın cənnətlikdir, cənnət-məkan Şəhidim…
Məzarın behiştlik olsun, Bəhruzum…
Sizlərdir Vətəni öz qanları ilə torpağı suvarıb VƏTƏN edən…
Bu Vətən, bu Xalq, bu Torpaq Sizlərə, Şəhidlərə borcludur…
Borcunuz, Haqqınız heç nə ilə ödənilməz və ölçüyəgəlməz…
Haqqınızı halal edin-Şəhidlərim, haqqını halal et-Şəhidim…
Nə qədər ki, Azərbaycan var, Sizlər də varsınız, var olacaqsınız-mənən, ruhən…
Daim bizlərlə yaşayacaqsınız, daim bizim aramızda olacaqsınız…
Bir ailənin övladı oldunuz, bir ELin ÖVLADIna çevrildiniz…
Baş tacımızsınız…
Ruhunuz qarşısında baş əyirik, ruhun qarşısında baş əyirəm…
Qanınız yerdə qalmayıb və qalmadı…
Qarabağ azadlığına, Azərbaycanına qovuşdu…
Dərgahınız, dərgahın mübarək olsun!
Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




