İki övladı Vətənə əmanət qalan hərbi polis Vaqif İsmayılzadə və evin-ailənin tək və subay oğlu Şəhriyar Qasımovun Anım günlərində-MƏZARLARI ZİYARƏT OLUNDU, ADLARINA EHSAN VERİLDİ, ANIM MƏCLİSLƏRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

26 oktyabr 2024-cü il tarixində daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin, o cümlədən əslən Cəbrayıllı, özü Beyləqanlı, Şahsevənli Vaqif Vüqar oğlu İsmayılzadə və əslən Bərdəli, özü isə Bakılı, Binəqədili (həm də Nərimanovlu) olan Şəhriyar Vəzir oğlu Qasımovun Anım günləri idi.

Evin-ailənin tək oğlu, iki övladı Vətənə əmanət qalan hərbi polis Vaqif İsmayılzadənin Beyləqan rayonunun Bahar qəsəbə, evin-ailənin tək və subay oğlu Şəhriyar Qasımovun isə Bakı şəhərinin Sulutəpə qəbiristanlığındakı məzarları ziyarət olunub.

Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar edilib, məzarları başında “Quran” oxunub.

Hər iki Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Vaqif İsmayılzadənin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-Şahsevən kəndində, Şəhriyar Qasımovun isə Bakı şəhərində yerləşən “Mələk palace”də Anım məclisləri düzənlənib.

Adlarına ehsan süfrələri açılıb.

Bir daha hər iki Şəhidin ruhuna dualar olunub.

Həmçinin, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bununla yanaşı, “Odlar yurdu” qrupu və iş adamı Mübariz Mənsimovun adından Şəhid Vaqif İsmayılzadənin anası Simnarə xanıma “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu “Odlar yurdu” qrupunun üzvü Azər HüseynovBeyləqanlı Şəhid anası təqdim edib.

Eyni zamanda, hər iki Şəhidin məzarını ziyarətdə və Anım tədbirlərində xatirə fotoları çəkidirilib.

Qeyd edək ki, Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, yaxınları, Beyləqanlı, Sumqayıtlı, Füzulili, Binəqədili Şəhid ailələri, Qazilər, hərbçilər, hərbi polislər, müəllim və məktəblilər, din xadimləri, Beyləqan və Nərimanov rayon İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aİ səfiri Azərbaycan XİN-ə çağırıldı-NOTA TƏQDİM OLUNDU

Read Next

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terraktdan-4 İL ÖTÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir