Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-13 dekabr 2023-cü il tarixində, axşam saatlarında Heydər Əliyev adına Hərbi Məktəbdə bu təhsil ocağının məzunu olmuş ali təhsilli-peşəkar hərbçi, Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi, Baş leytenant, iki övladı Vətənə əmanət qalmış, bir neçə medallı və 3-cü dərəcəli “Rəşadət” ordenli Ramil Taqət oğlu Babayevin Cənnətdəki dördüncü doğum gününə həsr olunmuş tədbir keçirilib.
İki saata yaxın davam edən tədbirdə Şəhidin ailə üzvləri, doğmaları, Bakı, İmişli və Naxçıvan Muxtar Respublikasından olan Şəhid ailələri, Ali Hərbi Məktəbin rəhbərliyi və kursantları, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, ziyalılar, gənc sənətçilər, tanınmış bəstəkar Ruslan Səfəroğlu və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlə bağlı videoçarx-sənədli film nümayiş etdirilib.
Daha sonra çıxışlar edilib.
Şəhidin valideynləri-anası İlhamə Babayeva və atası Taqət Babayev, bacısı Ramilə Babayeva, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, yazıçı-publisist Yaqut Bahadırqızı, Şəhidin bacısı övladları və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin keçdiyi 29 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Şəhidlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib, o cümlədən Ramil Babayevin Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Tədbir zamanı Şəhidin qızı-balaca Mədinə tərəfindən atasına həsr olunmuş şeirlər səsləndirilib və onun çıxışları gurultulu alqışlarla qarşılanıb.
Eyni zamanda, Ali Hərbi Məktəbin tələbələri-kursantları tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, gənc sənətçilər tərəfindən mahnılar ifa edilib.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:






















***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




