İki övladı Vətənə əmanət qalmış Şəhid qardaşlardan-TURAL HƏSƏNOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun bu gün Anım Günüdür.

Tural Həsənovun torpağa tapşırılmasından iki il keçir.

Düz iki il öncə-bu gün, 9 dekabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu olan Tural Həsənov 1994-cü ilin iyul ayının 16-da Mingəçevir şəhərində, sadə bir ailədə-Həsənovlar ailəsində dünyaya gəlib.

Tural Həsənov Nəhayət və Tapdıq Həsənovların iki oğlan övladından biri idi.

O, texnikum (kollec) təhsilli olub və İkinci Vətən Müharibəsinə qədər müxtəlif sahələrdə çalışıb.

Həm özü, həm də qardaşı İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, müharibəyə, döyüşlərə qatılıblar.

İkinci Vətən Müharibəsinin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik məqamına ucalan Tural Həsənovun nəşi 68 gündən sonra tapılıb və ailəsinə təhvil verilib.

Və bir gün sonra, 9 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Tural ailəli, iki övlad, iki oğul atası olub.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və bu ilin noyabr ayının 5-də qardaşı ilə birlikdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qardaşı Musa Həsənovun nəşi isə 35 gündən sonra, 2020-ci ilin noyabrın 5-də torpağa tapşırılıb.

Musa Həsənov da ailəli, iki qız atası olub və Şəhidliyindən bir neçə ay sonra qızı-balaca İnci xəstəlikdən vəfat edib.

Bu ilin noyabr ayının 5-də, qardaşı Musa Həsənovun Əbədiyyətə uğurlanmasının ikinci ilində isə Mingəçevirin “Günəşli” yaşayış massivində adlarını daşıyan “Tural və Musa qardaşları küçəsi”nin açılış mərasimi keçirilib.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin-Şəhid qardaşların məzarları ziyarət olunub.

Ziyarətdə Şəhidin-Şəhid qardaşların ailə üzvləri, şəhər sakinləri, Qazilər, hərbçilər, din xadimləri, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və başqaları iştirak ediblər.

Şəhidin-Şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, qısa çıxışlar edilib.

Şəhidin-Şəhid qardaşların ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Bir saatdan çox davam edən ziyarətdən sonra “Samux” şadlıq sarayında Anım mərasimi başlayıb, Şəhidin-Şəhid qardaşların adına ehsan süfrəsi açılıb.

Mərasimdə bir daha Şəhidin-Şəhid qardaşların ruhlarına dualar olunub.

Məqamı-məqamları Uca, məkanı-məkanları cənnətlik olsun!

Nur içində yatsın, Nur içində yatsınlar!

13:18

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2023-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının-TARİXİ MÜƏYYƏNLƏŞDİ

Read Next

Daha 58 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir