İki Qəhrəman Cəmil və iki balaca Cəmil…-KAMİL HƏMZƏOĞLU YAZDI

İki Cəmil…

Cəmil Murad oğlu və Cəmil Mərahim oğlu…

Birinin bu gün doğum günüdür, biri isə cəmi iki gün öncə dünyaya göz açıb…

Birinin bu gün 1 yaşı tamam olur, biri isə cəmi 2 günlükdir…

Və ikisini də bir-birinə bağlayan, eyniləşdirən tale-Şəhidlərimiz…

Cəmil MəmmədliCəmil Həşimli…

Hər ikisi də İkinci Vətən Müharibəsi Şəhididir…

Biri ali təhsilli, subay, evin-ailənin tək oğlu, biri peşəkar hərbi, Gizir, ailənin üç oğlan övladından, iki hərbçi qardaşdan və bir ailənin üç Vətən Müharibəsi iştirakçısından biri…

İndi onların adlarını (həm də soyadlarını) daşıyan və yaşadan balaca Cəmilləri var…

Cəmil Məmmədlinin tək bacısı Aybəniz xanımın tək oğlu, bir yaşı tamam olan balaca Cəmil və Cəmil Həşimlinin iki qardaşından biri, ali təhsilli-peşəkar hərbçi, İkinci Vətən Müharibəsi iştirakçısı və veteranı Mərahim Həşimlinin srağagün dünya gələn balası Cəmil Həşimli…

İki Qəhrəman Cəmil və iki balaca, iki körpə Cəmil…

İkisinin də ruhu şad olsun!

İkisinin də ruhu balaca-adlarını daşıyan və yaşadan Cəmillərə kömək olsun!

İkisi də əmisinin və dayısının torpağı sanı-sağlıqlı və huzurlu ömür yaşasın!

İkisinin səsi-sorağı ən yüksək kürsülərdən gəlsin!

İkisini də Allah qorusun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Read Next

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Nofəl Nuriyevin 37 yaşının tamamında-MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir