Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Marlen Eldar oğlu Ruzicəng…
15 sentyabr 1983-cü il təvəllüdlü…
İki övlad-bir qız, bir oğul atası…
Düz 15 ilə yaxındır orduda, hərbi qulluqdadaır-MAXE-dir…
Qəhrəman, düşmən qarşısında mərd-mərdanə dayanmış Naftanlanın Qəhrəman, İgid oğullarındandır…
İkinci Vətən Müharibəsinin də ilk saniyədən, ilk gündən iştirakçılarındandır…
Döyüş yolu da çox uzun olub…
Talışdan, Suqovuşandan Laçınadək…
Laçına da daxil olan ilk hərbçilərdən, İgidlərdəndir…
İkinci Vətən Müharibəsində qəhrəmanlıqlar, şücaətlər, igidliklər göstərən, döyüşən, vuruşan, Dastan yazan Vətən sevdalılarındandır…
Tarixi Qələbəmizdə, Zəfərimizdə xidməti, əməyi, zəhməti olanlardandır…
Marlengil həm də iki qardaşdırlar…
Özü kimi İgid qardaşı, 3 gözəl övlad atası Əhməd Eldar oğlu Ruzicəng də uzun illər orduda, hərbdə olub, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarındandır…

İki qardaş, iki İgid, iki Qəhrəman, iki Vətən sevdalısı…
Hər ikisi də Vətənə xidmət etdikləri, onun keşiyində dayandıqları üçün qürurlu, məğrurdurlar…
Hər ikisi də sözün gerçək mənasında fəxr ediləcək, qürur duyulacaq Oğullardır…
Çünki şəxsən tanıyıram, bilirəm, eşitmişəm…
Marlen həm də Vətən qarşısında xidmətlərinə görə, Ali Baş Komandan tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub…
Tam Haqqıdır, tam Layiqdir…Haqq etdiyini, Layiq olduğunu da alıb…
Bəli, həm Marlen, həm də Əhməd bax belə İgid, Qəhrəman oğullardır…
Allah hər ikisini də qorusun, hər ikisini də ailələrinə, canlarından çox sevdikləri Vətənlərinə-Azərbaycanımıza çox görməsin!.
Amin!















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az