İki qardaş, iki Qəhrəman…Əfsanəvi XTQ-çı, 5 medallı-ŞƏHİD KƏRİM MƏHƏMMƏDƏLİ OĞLU ƏLİYEV… VƏ ŞƏHİDİMİZƏ HAQQ ETDİYİ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADI VERİLƏCƏKMİ? – FOTOLAR

Kərim Məhəmmədəli oğlu Əliyev…

İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından, İgidlərindən, Dastan yazan Oğullarından biri…

Əfsanəvi XTQ-çılardan, Vətən sevdalılarından və Nur üzlü Şəhidlərimizdən biri…

Kərim 1998-ci ilin 31 avqust tarixində Ucar rayonun Alpout kəndində sadə bir ailədə dünyaya gəlib…

Bugünlərdə 23 yaşı tamam olub və bu, onun Cənnətdəki ilk ad günü olub…

Ailədə iki uşaq, iki qardaş olublar…

Rüstəm böyük övlad olub, Kərim isə kiçik…

Kərim 2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb…

Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib…

Hərbi xidmətdən bir müddət sonra yenə taleyini Ordu, hərb ilə bağlamaq qərarına gəlib, 6 aylıq kurs oxuyub və iki ilə yaxın, İkinci Vətən Müharibəsinə, Şəhidliyinə qədər əfsanəvi XTQ-çılardan, peşəkar hərbçilərdən, kiçik Gizir olub…

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb…

Döyüş yolu da həm uzun, həm şərəfli olub…

Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıya, Qubadlıyacan döyüşlərdə iştirak edib, igidliklərə, qəhrəmanlıqlara imza atıb…

Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb…

Və oktyabr ayının 19-unda Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

4 gün nəşinin götürmək mümkün olmayıb…

Yalnız ayın 23-ündə nəşini əldə etmək mümkün olub və bir gün sonra isə Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb…

Dəfni zamanı da böyük izdiham yaşanıb…Dəfninə yüzlərlə, minlərlə insan qatılıb…

Ölümündən sonra isə İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı, canı, Şəhidliyi bahasına qazanıb!

Qeyd etdiyim kimi, Kərimgil iki qardaş olublar…

Və hər iki qardaş hərbçi, İkinci Vətən Müharibəsinin iştirakçısı olub…

Böyük qardaşı Rüstəm də MAXE kimi İkinci Vətən Müharibəsində iştirak edib və “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb…

Qardaşının Şəhidliyi ilə əlaqədar Ordudan, MAXE-likdən təxris olunub…

İki qardaş, iki İgid, İki Qəhrəman…

Həm də ataları Məhəmmədəli kişi keçmiş döyüşçülərdən olub…

1992-94-cü illərdə Birinci Qarabağ Savaşının iştirakçılarından biri olub…

Atalar məsəlində də deyildiyi kimi, ot kökü üstə bitər!

İgid atanın özü kimi İgid, Qəhrəman övladları olmalıdır və bu, Məhəmmədəli kişinin, Əliyevlər ailəsin timsalında bir daha özünü nümayiş etdirir…

Hər iki qardaş həm də subay olub…

***

Şəhidimizin atası Məhəmmədəli kişi ilə də dünən, 5 sentyabr tarixində Kürdəmirdə, Şəhid Nahid Mikayılovun adına verilən ehsan süfrəsində tanış oldum…

Xeyli söhbətləşdim, dərdləşdim…

Bir daha Məğrur və Dik duruşlu Ataya, Şəhid atasına başsağlığı verdim, Allahdan özünə, ailəsinə səbr dilədim, “Şəhidimizin Ucalardan uca məqamı mübarək, məkanı cənnətlik olsun. Hər birimiz Kərim kimi oğlullara borcluyuq!”-dedim…

Bəli, hər birimiz Şəhidlərimizə, Kərimlərə borcluyuq və minnətdarıq…

Bu, bizim boynumuzun borcu, vətəndaşlıq borcumuzdur…

Onlara olan borcumuz heç zaman ödənməz və ödənməyəcək.!

Və çox istərdim ki, Şəhidimizin daha bir Haqqı tanınsın, ona Haqq etdiyi Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı verilsin…

Qeyd etdiyim kimi, bu, Kərimin Haqqıdır və Haqqını da almalıdır…

Və inşallah ki, Haqqını da bir gün alacaq!

O zaman həm ruhu sevindirilmiş, sevinmiş olacaq, həm də ailəsi, Qəhrəmanlar ailəsi olan Əliyevlər ailəsi mənəvi dinclik, rahatlıq, təsəlli tapmış olacaq.

Ruhu şad, məzarı nurlu olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Goranboy-Kürdəmir-Bakı

Etikxeber.az

Read Previous

“Çox istərdim ki, əfsanəvi XTQ-çılardan, Aprel, Tovuz döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçılarından olan 5 medallı övladım-Şəhidim Devran Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunsun”-ŞƏHİD DEVRAN NAİBOVUN ANASI XURAMAN MİRZƏYEVƏ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ÜNVANLADI

Read Next

Ali məktəblərin qəbul planının 90 faizindən çoxu doldu-DİM AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir