Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Namazovun Anım Günüdür.
Orxan Namazovun bu gün-10 oktyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından altı il keçir.
Etikxeber.az xəbər verir ki, Orxan Namazov 1994-cü ilin noyabr ayının 24-də Goranboyun Xoylu kəndində dünyaya gəlib…
Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub…
Anası Nailə xanım tərəfindən təkbaşına böyüdülüb…
İki yaş ondan böyük olan qardaşı Tərxan ali təhsilli və bir qız atasıdır…
2 il Gəncə şəhərində yerləşən 6 saylı orta məktəbdə oxuduqdan sonra təhsilini Xoylu kənd orta məktəbində davam etdirib…
Ali məktəb arzusunda olan Orxan orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Regional Kollecinə daxil olub…

Birinci semestrdən sonra, 2013-cü ilin yanvar ayında Əsgərliyə, Vətənin keşiyinə yollanıb və 2014-cü ilin iyulunda həqiqi hərbi xidmətini başa vurub yenidən evinə, ailəsinə, Xoyluya dönüb…
2017-ci ildən isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordsunun peşəkar hərbçisi, Kiçik giziri olub…
İkinci Vətən Müharibəsi zamanı isə ilk saniyələrdən döyüşlərdə olub…
Şərəfli döyüş yolu 10 gün çəkib…
Oktyabrın 6-dan 7-nə keçən gecə isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 3 gündən sonra, oktyabrın 10-da Xoylu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…
İstədiyi, sevdiyi qız olsa da, ailə həyatı qurmayıb…
O, həm də Xoylunun 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
***
Bu gün həm də İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əslən Şuşalı, özü isə Bərdə doğumlu Samir Şamil oğlu Ələkbərlinin Anım Günüdür.
Onun da Əbədiyyətə uğurlanmasından altı il keçir.
Ailəsi əslən Şuşadan və məcburi köçkün olan Samir Ələkbərli 2002-ci ilin iyulun 2-də Bərdədə, sadə bir ailədə dünyaya göz açıb.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.
Tək bacısı hazırda iləlidir.
Samir 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsi başlayan zaman cəmi iki ay yarımın Əsgəri olub…
İkinci Qarabağ Savaşı zamanı Füzuli istiqamətində döyüşlərdə iştirak edib və oktyabr ayında döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Oktyabrın 10-da, səhər tezdən Şəhidliyi xəbəri ailəsinə, atasına çatdırılıb və elə həmin gün Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub…
Şəhidliyindən sonra üç medalla və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qeyd edək ki, Şəhidliyindən sonra həm də qardaşı dünyaya gəlib və qardaşına Onun adı verilib.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





