İki Qazi ailəsi-QOHUM OLDU… – FOTOLAR

İki Qazi ailəsi qohum olub.

Etikxeber.az xəbər verir ki, Əslən Gəncədən olan İkinci Vətən Müharibəsi iştirakçısı və Qazisi, iki medallı Emil İlham oğlu Abdiyev başqa bir Qazi ailəsinin qızı ilə nikaha girib.

Belə ki, o, əslən Göygöldən olan və hazırda Gəncədə yaşayan Qazi bacısı, Bakı Slavyan Universitetinin tələbəsi Aysel Azər qızı Bayramova ilə bu gün nikah kəsdirib, nikahını rəsmiləşdirib.

Qeyd edək ki, Aysel Bayramova səhhətində hələ də problemlər olmasına baxmayaraq, hərbi xidmətini davam etdirən iki medallı-İkinci Vətən Müharibəsi Qazisi Yusif Azər Bayramovun bacısıdır.

Ailə quran, nikah kəsdirən, dünya evinə daxil olan cütlüyü təbrik edir, həm özlərinə, həm də gənclərin valideynlərinə gözünüz aydın olsun deyirik!

Bir ömür boyu xoşbəxt olsunlar!

Etikxeber.az

Read Previous

Daha 844 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

Şəhid analarının-Akifə Əliyevanın (Ağayevanın), Mehparə Qəribovanın…, Şəhid ailələrinin, Qazilərin-SƏSİ EŞİDİLƏCƏKMİ, PROBLEMLƏRİ ÇÖZÜLƏCƏKMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir