Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Birinci Qarabağ Savaşı zamanı Şuşa rayonunun Daşaltı kənində 1992-ci ildə gedən döyüşlərdə itkin düşmüş Veysəl Qasım oğlu Qasımovun nəşinin qalıqları bu gün İkinci Fəxri Xiyabanda dəfn edilib, Əbədiyyətə uğurlanıb.
Etikxeber.az məlumat verir ki, Veysəl Qasımovla Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən evində vida mərasimi keçirilib.
Sonra Şəhidin nəşinin qalıqları İkinci Fəxri Xiyabana gətirilərək torpağa tapşırılıb.
Mərasimdə yaylım atəşi açılıb.
Milli Məclis (MM) sədrinin müavini Adil Əliyev tabuta çəkilmiş Azərbaycan bayrağını Şəhidin həyat yoldaşı Mərziyyə Qasımovaya təqdim edib.
Dəfn mərasimində dövlət xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər və döyüş yoldaşları iştirak edib.
Qeyd edək ki, Şəhid Veysəl Qasımovun qalıqları 31 il sonra Daşaltıda aşkarlanıb.
Onu da qeyd edək ki, 1963-cü il təvəllüdlü Veysəl Qasımov iki övlad atası olub.
İki qız övladı Vətənə əmanət qalıb.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:















***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





