İki Şəhid-Ramiq Mikaylov və Böyükağa Şahverdiyev: ŞƏHİD BAŞ LEYTENANTIN ANASI VƏ QARDAŞI HƏLƏ DƏ EVSİZ-EŞİKSİZDİR…24 YAŞLI ŞƏHİD BÖYÜKAĞANIN İSƏ BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 15 iyun tarixində daha bir Nur üzlü Şəhidimizin ailəsini ziyarət etdim…

Daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanımızın, ali təhsilli, peşəkar hərbçi, Baş leytenant, Qərargah rəisi, bir oğul atası Ramiq Mikayılovun anası Gülgəz xanıma və tək qardaşı Ağamoğlana baş çəkdim…

Çünki onlara söz vermişdim…Söz vermişdim ki, bir gün onları da ziyarət edəcəyəm…

Qeyd edim ki, Ramiqgil əslən Şamaxılı olsalar da, anası və tək-subay qardaşı 2016-cı ildən Biləsuvarda yerləşən Cəbrayıl (məcburi köçkünlər) qəsəbəsində, bir övlad anası olan xalasıgildə yaşayırlar…

Şəhidimizin anası və tək qardaşının hələ də yaşamağa ayrı yerləri, şəxsi evləri, mənzilləri yoxdur…

Hələ də evsiz-eşiksizdirlər…

Çox təəssüflər olsun…

Çox üzücü və ürəkağrıdıcı vəziyyət…

Həm də qəbul edilməsi heç cür mümkün olmayan durum…

Ümid etmək və inanmaq istərdim ki, bu üzücü, qəbul edilməsi mümkün olmayan durum tezliklə aradan qaldırılacaq, Şəhidimizin minbir əzab-əziyyət görmüş Dərdli, Yaralı, həm də Məğrur və Qürurlu anası və qardaşı evlə, məzillə təmin olunacaq!

Haqlarıdır və Haqlarını da alacaqlar!

Bəli, söz verdiyim kimi, bu gün Ramiqin anası və qardaşını ziyarət etdim…

Onlarla xeyli söhbətləşdim, hal-əhvallaşdım, dərdləşdim…

Bir daha hər ikisinə başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm”– dedim…

Bir daha Şəhidimizlə, Şəhidlərimizlə Fəxr etdiyimi, etdiyimizi, Qürur duyduğumu, duyduğumuzu, bir daha Onlara borclu olduğumu, olduğumuzu bildirdim…

Bəli, bir ömür boyu həm Şəhidlərimizə, həm də onları yetişdirib boya-başa çatdıran valideynlərinə, o cümlədən, Gülgəz anaya borcluyuq…

Heç zaman onların, Gülgəz ananın borcundan çıxa bilmərik və çıxa bilməyəcəyik…

Ruhu, ruhları şad olsun!

13:40

***

Bu gün həm də Cəbrayıllı İkinci Vətən Müharibəsi Şəhidi Böyükağa Savalan oğlu Şahverdiyevin doğum günü, mövludu idi…

Onun 24 yaşı tamam olurdu…

Əslən Cəbrayılın Çaxırlı kəndindən olan Böyükağa 24 il öncə-bu gün, 1998-ci ilin iyun ayının 15-də Biləsuvardakı Cəbrayıl qəsəbəsində dünyaya gəlib…

Ailədə 3 övlad-2 qardaş, bir bacı olublar…

Atalarını illər öncə itiriblər…

Anaları Şahnaz xanım onlara həm atalıq, həm də analıq edib…

Böyükağa orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub…

Ali məktəbi bitirdikdən sonra isə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Əsgərliyinin başa çatmasına az, günlər qalmış İkinci Vətən Müharibəsi başlayıb və müharibdə Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib…

Şərəfli döyüş yolu 12 gün çəkib və oktyabrın 8-də elə doğma yurdu Cəbrayılda qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 9-da Biləsuvarda, Cəbrayıl qəsəbə qəbiristanlığındakı Şəhidlər məzxarlığında dəfn olunub…

Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda”“Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Böyükağa həm də subay olub…

Şəhidimizin-Ramiq Mikayılovun anası və qardaşı ilə Böyükağanın Cənnətdəki ikinci doğum günü ilə bağlı keçirilən mərasimdə iştirak etdik…

Ailəsinə, anası və qardaşına başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq, həm də Şəhidimizin Cənnətdəki ikinci ad gününü təbrik etdik…

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Milli Qurtuluş Günü-QEYD OLUNUR

Read Next

İki 15 iyun-CEYHUN MƏMMƏDOVUN NƏZƏR-NÖQTƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir