İki xanım spiker-iki Qafarova-ELMİRA QAFAROVA VƏ SAHİBƏ QAFAROVA…

Azərbaycan tarixində, xüsusilə, son 30 ildə bir neçə parlament sədri olub.

Bunların sırasında mərhum Elmira Qafarovanın, professor Yaqub Məmmədovun, İsa Qəmbərin, mərhum eks-prezident Heydər Əliyevin, Rəsul Quliyevin və mərhum Mutruz Ələsgərovun adlarını çəkmək olar.

Yeni spkerin, 6-cı çağırış Milli Məclisin (MM) sədrinin isə professor, BSU-nun prorektoru Sahibə Qafarova olacağı artıq şübhəsizdir.

Amma digər maraqlı digər odur ki, son 30 ildə Azərbaycanda ikinci xanım millət vəkili spiker postunda əyləşəcək.

Belə ki, 30 il öncə mərhum Elmira Qafarova əvvəl Ali Sovetin Rəyasət Heyətinin, sonra Ali Sovetin (1989-92-ci illər) sədri olub, indi isə Sahibə Qafarova.

Maraqlıdır ki, hər iki xanımın da soyadı eyndir-Qafarova.

Allah Elmira xanım rəhmət etsin, Sahibə xanıma isə uzun ömürlər və yeni-məsuliyyətli postunda uğurlar nəsib etsin!

Onu da qeyd edək ki, əslən şəmkirli olan Sahibə Qafarova ailəlidiir, iki övladı-oğlu var.

Həyat yoldaşı Hüseyn müəllim də uzun illər onunla birgə BSU-da (keçmiş Mirzə Fətəli Axundov adına Rus Dil ivə Ədəbiyyatı İnstitutunda) dərs deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

6-cı çağırış MM-in rəhbərliyində-YENİ SİMALAR- SAHİBƏ QAFAROVA, ƏLİ HÜSEYNLİ, FƏZAİL İBRAHİMLİ, ADİL ƏLİYEV, TAHİR MİRKİŞİLİ, MUSA QULİYEV…- YENİLƏNİB – (4)

Read Next

“Yeniləşən Milli Məclis qarşısında yeni mühüm çağırışlar var…” – MM-İN YENİ KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir