Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.
Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul – Milli Mətbuat günündə veriləcək.
3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.
Qeyd edək ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.
Etikxeber.az