Müstəqlliyimizin, son 31 ilin ən mühüm, ən tarixi mərhələsi-11 APREL PREZİDENT SEÇKİLƏRİ VƏ ONDAN SONRA YAŞANANLAR – JALƏ ƏLİYEVA YAZDI

Tarixi 11 aprel prezident seçkilərindən 4 il keçir.

Düz 4 il öncə Azərbaycanda növbəti, eləcə də növbədənkənar prezident seçkiləri keçirildi və dövlət başçısı cənab İlham Əliyev yenidən Azərbaycan xalqının, Azərbaycan seçicilərinin böyük dəstəyini, etimadını qazanaraq, 3-cü də Azərbaycan Respublikasının Prezidenti seçildi.

1993-cü ildən bu yana heç vaxt seçimində yanılmayan Azərbaycan xalqı, Azərbaycan seçicisi bu dəfə dədüzgün, müdrik seçim edərək, özünün parlaq, işıqlı gələcəyinə səs verdi, Ulu Öndər Heydər Əliyevin siyasətinin, siyasi kursunun davamlılığına “Hə” dedi.

Və son 4 ildə yaşananlar, baş verənlər Azərbaycan xalqı və Azərbaycan seçicisinin seçiminin nə qədər doğru və düzgün olduğunu gözlər önünə qoydu.

11 aprel seçkiləri ilə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

Seçkilərdən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşşılaşdırılması istiqamətində ğnəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı, Birinci Qarabağ Savaşında qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ailələrinə birdəfəlik sosial sığorta ödəmələri başa çatdırıldı və illərlə davam etmiş narazılığa son qoyuldu.

Ən mühüm, ən möhtəşəm addımlardan biri kimi problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə çevrilmiş bir məsələyə, insanların banklardan əsarətinə son verilmiş oldu. Yüz minlərlə insanın, yüz minlərlə ailənin üzü güldürüldü, problemli kreditlətlərlə bağlı məsələnin birdəfəlik qapadılması, tarixin arxivinə göndərilməsi üçün 2019-cu ilin fevral ayında analoğu olmayan Fərman imzalandı. İnsanlarımız, vətəndaşlarımız bununla dərin bir nəfəs almış oldu.

Həmçinin, ölkədə kadr və srtuktur islahatları gücləndirildi, korrupsiyaya qarşı mübarizə istiqamətində əsl müharibə elan edildi.

Heç kim üçün sirr deyil ki, 2020-ci ilin əvvəllərindən içi ölkəmiz qarışıq bütün dünyanı cənginə almış koronavirus pandemiyası bəlası özünün dağıdıcı maddi və mənəvi itkiləri ilə hər kəsə, kürreyi-ərzə böyük ziyanlar, zərərlər vurdu.

Az qala dünyanın nəhəng, super gücləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldı.

Amma ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan da az itkilərlə qurtulmağı bacardı.

İlk gündən bu bəlaya ciddi yaşanan və önləyici addımlar atan Azərbaycan dövləti, Azərbaycan Prezidenti bu məsələdə də dünyaya üçün model, nümunə oldu.

Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarla ölkəyə bu bəlanın önlənməsi üçün təmənnasız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi.

Və sox sevindirici, çox əlamətdar haldır ki, ölkəmizdə koronaviris pandemiyasının qarşısının alınması istiqamətində addımlar artıq öz müsbət nəticələrini göstərməkdə, demək olar ki, bu bəladan qurtulmaqdayıq.

Biz öncədən demişdik ki, birlikdə xilas olacağıq, birlikdə qurtulmağı bacaracağıq və artıq məhz bu mərhələdəyik.

Bütün bunlar isə heç şübhəsiz ki, ölkə Prezidentinin müdrik siyasətinin nəticələri, bəhrələridir.

Son 4 ilin ən böyük və ən tarixi hadisəsi isə birmənalı olaraq, 44 günlük İkinci Vətən Müharibəsidir.

Bəli, ölkə Prezidentinin 2020-ci ilin 27 sentyabr tarixində verdiyi tarixi “Vur!” əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-həmlə, əks-hücum əməliyyatına, İkinci Qarabağ Savaşına başlandı.

Cəmi 44 gün ərzində Rəşadətli Azərbaycan Ordusu 32 illik qanlı Qarabağ Savaşına son qoydu, dağlı-aranlı Qarabağ vahid Azərbaycan oldu.

10 noyabr 2020-ci il bəyanatı ilə işğalçı və təcavüzkar Ermənistan öz məğlubiyyətini, fiaskosunu bütün dünyanın gözləri qarşısında etiraf etmiş oldu.

Və 10 noyabr 2020-ci ildən sonra Qarabağın dirçəldilməsi, cənnət məkanına çevrilməsi, “Böyük qayıdış” istiqamətində tarixi addımlar atılmasına başlandı.

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab ilham Əliyevin ən yaxın və ən sadiq silahdaşı Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş yurd yerlərimizə, Qarabağımıza tarixi səfərləri başlandı.

Artıq bu səfərlərin sayını-hesabını belə iitimişik və hər bir səfərdə də tarixi açılışların, təməlatmların şahidi olmuşuq, olmaqdayıq.

Cəmi aylar öncə nəinki Qarabağımızın, cəmi Azərbaycanımızın göz bəbəyi olan Şuşamızda hər zaman yanımızda olan qardaş və dost Türkiyənin lideri, Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanla imzalanan “Şuşa-Müttəfiqlik Bəyannaməsi” bütövlükdə ölkəmizin təhlükəsizliyinin təminatı istiqamətində atılmış ən mühüm tarixin hadisədir.

Bu, həm də qardaşlığın, dostluğun, həmrəyliyin, sarsılmazın növbəti bəyanı və simgəsidir.

Bütün dünya bununla bir daha şahidlik etmiş oldu ki, Azərbaycanla Türkiyə təkcə sözdə deyil, həm də əməldə “İki dövlət-bir millət”dir.

Bəli, son dörd ildə Azərbaycan 31 illik müstəqillik tarixin ən mühüm, ən tarixi, ən şanlı anlarını və ən böyük inkişaf, təqəqqi dövrünü yaşamış və yaşamaqdadır.

Bunlar bir daha Azərbaycan seçisinin düzgün və doğru seçiminin göstəricisi, təzahürüdür.

Bunlar bir daha ölkə Prezidentin 2003-cü ildə, ilk dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayarkən etdiyi “Mən, hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycanlının Prezidenti olacağam!” bəyanına saqiqliyinin, sədaqətinin göstəricisi, bəhrələri, töhfələridir.

Bəli, ölkə Prezidenti bütövlükdə son 18 ildə hər daim Azərbaycan vətəndaşının yanında oldu və bu gün də onun yanıdadır.

Azərbaycan vətəndaşı, Azərbaycan vətəndaşı da eynilə öz dövlətinin, öz Prezidentinin yanında oldu, onun ətrafında müsəlləh əsgər kimi birləşdi.

Bu gücü, bu birliyi, bu vəhdəti isə kimsə sarsıda, poza bilməyib və bu güc, bu birlik, bu vəhdəti bundan sonra da kimsə sarsıda, poza bilməyəcək!

Ölkə Prezidentinin Azərbaycan xalqı ilə birgəliyi, vəhdəti nəticəsində hələ çox Qələbələrə və Zəfərlərə imza atacağıq!

Bütün Qələbələr və Zəfərlər bizimdir, bizimlədir və bizlərlə olacaq!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

11 aprel 2018-ci il: yeni inkişaf, yeni intibah mərhələsi-ELDAR İBRAHİMOV YAZIR

Read Next

Əliyev Putinə niyə-ZƏNG ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir