İkinci Qarabağ Savaşının ilk Şəhidləri: Əli və İslam Əhmədovlar, Emin Məmmədov, Turqut Zeynalov, Fariz Qurbanov, Rza Məmmədov, Elman Həsənov, Hidi Vəliyev…BU GÜN ANIM GÜNLƏRİDİR…

İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin (27 sentyabr 2020-ci il Şəhidlərinin) dördüncü ildönümüdür.

İkinci Qarabağ Savaşının ilk Şəhidlərinin Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Mingəçevirli (əslən Goranboylu) Şəhid qardaşlar-Əli və İslam Əhmədovların, Goranboyun Qızılhacılı qəsəbəsindən olan Elman Həsənovla Fariz Qurbanovun, Tap-Qaraqoyunlu kəndindən olan Hidi Vəliyevin, Fəxralı (Faxralı) kəndindən olan Kərim Yusifovun, Şamaxının Göylər kəndindən olan Rza Məmmədovun, Beyləqan rayonunun Qəhrəmanlı kəndindən olan Emin Məmmədovun, əslən Ağdamlı, özü isə Bərdə rayonundan olan Turqut Zeynalovun və onlarla digər Şəhidin bu gün Anım günləridir.

Etikxeber.az xəbər veriir ki, Şəhid qardaşlardan Əli İlqar oğlu Əhmədov 1993-cü il, İslam Əhmədov 1994-cü il, Fariz Məhəmməd oğlu Qurbanov 1998-ci il, Elman Mehman oğlu Həsənov 1993-cü il, Hidi Bəxtiyar oğlu Vəliyev 1996-cı il, Rza Əsgər (Xanbaba) oğlu Məmmədov 2001-ci il, Emin Vətən oğlu Məmmədov 1992-ci il, Turqut Fikrət oğlu Zeynalov 1996-cı il,  Kərim Həsrət oğlu Yusifov isə 1995-ci il təvəllüdlüdür.

Emin Məmmədov Xüsusi Təyinatlı, Əli və İslam Əhmədovlar, Elman Həsənov, Hidi Vəliyev, Kərim Yusifov, Turqut Zeynalov və Fariz Qurbanov Azərbaycan Ordusunu hərbçiləri (MAXE), Rza Məmmədov isə cəmi 9 ayın Əsgəri olub.

Əli və İslam Əhmədovlar, Eman Həsənov, Fariz Qurbanov, Hidi Vəliyev, Turqut Zeynalov və Kərim Yusifov Ağdərərə-Tərtər, Talış-Suqovuşan istiqamətlərində, Emin Məmmədovla Rza Məmmədov isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhid qardaşlar Mingəçevir Şəhidlər Xiyabanında, Rza Məmmədov Şamaxının Göylər kənd qəbiristanlığında, Goranboylu Kərim Yusifov Fəxralı kənd qəbiristanlığında, Fariz Qurbanov, Elman Həsənov və Hidi Vəliyev Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Emin Məmmədov Beyləqanın Qəhrəmanlı kənd qəbiristanlığında, Turqut Zeynalov Bərdə Şəhidlər Xiyabanında dəfn olunublar.

Hər biri Şəhidliklərindən sonra bir neçə medalla təltif edilib.

Eyni zamanda, Emin Məmmədovla Əli və İslam Əhmədovlar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Əli Əhmədov nişanlı, İslam Əhmədov ali təhsilli, Elman Həsənov isə ailəli, iki övlad atası idi.

Emin Məmmədov, Rza Məmmədov, Fariz Qurbanov, Kərim Yusifov, Turqut Zeynalov və Hidi Vəliyev subay olublar.

Əli və İslam Əhmədovlar atalarını, Elman Həsənov isə anasını illər öncə itirib.

Emin Məmmədov, Rza Məmmədov, Fariz Qurbanov və Elman Həsənov ailənin tək oğlu olublar.

Əli və İslam Əhmədovlar ailədə cəmi iki övlad, iki qardaş, Hidi Vəliyevlə Turqut Zeynalov ailənin 4 övladından, Kərim Yusifov isə evin 3 oğlan övladından biri olub.

***

Ruhları şad, məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində uyusunlar!

Allah ailələrinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhidliyi, yoxluğu belimi qırdı…”-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏSLƏN CƏBRAYILLI, EVİN-AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN HƏRBİ POLİS VAQİF İSMAYILZADƏNİN 78 YAŞLI BABASI VAQİF İSMAYILOV – FOTOLARI

Read Next

Sentyabrda dünyaya gələn və sentyabrda da Şəhid olan Ucarlı Antiterror Şəhidi Allahverdi Səfiyev-BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir