Bu gün İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin (27 sentyabr 2020-ci il Şəhidlərinin) üçüncü ildönümüdür.
İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin Əbədiyyətə uğurlanmasından üç il keçir.
Mingəçevirli (əslən Goranboylu) Şəhid qardaşlar-Əli və İslam Əhmədovların, Goranboyun Qızılhacılı qəsəbəsindən olan Elman Həsənovla Fariz Qurbanovun, Tap-Qaraqoyunlu kəndindən olan Hidi Vəliyevin, Fəxralı (Faxralı) kəndindən olan Kərim Yusifovun, Şamaxının Göylər kəndindən olan Rza Məmmədovun və onlarla digər Şəhidin bu gün Anım günləridir.
Etikxeber.az xəbər veriir ki, Şəhid qardaşlardan Əli İlqar oğlu Əhmədov 1993-cü il, İslam Əhmədov 1994-cü il, Fariz Məhəmməd oğlu Qurbanov 1998-ci il, Elman Mehman oğlu Həsənov 1993-cü il, Hidi Bəxtiyar oğlu Vəliyev 1996-cı il, Rza Əsgər (Xanbaba) oğlu Məmmədov 2001-ci il, Kərim Həsrət oğlu Yusifov isə 1995-ci il təvəllüdlüdür.
Əli və İslam Əhmədovlar, Elman Həsənov, Hidi Vəliyev, Kərim Yusifov və Fariz Qurbanov Azərbaycan Ordusunu hərbçiləri (MAXE), Rza Məmmədov isə cəmi 9 ayın Əsgəri olub.
Əli və İslam Əhmədovlar, Eman Həsənov, Fariz Qurbanov, Hidi Vəliyev və Kərim Yusifov Ağdərərə-Tərtər, Talış-Suqovuşan istiqamətlərində, Rza Məmmədov isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhid qardaşlar Mingəçevir şəhər Şəhidlər Xiyabanında, Rza Məmmədov Şamaxının Göylər kənd qəbiristanlığında, Goranboylu Kərim Yusifov Fəxralı kənd qəbiristanlığında, Fariz Qurbanov, Elman Həsənov və Hidi Vəliyev Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında, Şəhidlər Xiyabanında dəfn olunublar.
Hər biri Şəhidliklərindən sonra bir neçə medalla təltif edilib.
Eyni zamanda, Əli və İslam Əhmədovlar ötən ilin noyabrın 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Həmçinin, Şəhidliklərinin, Əbədiyyətə uğurlanmalarının ikinci ilində Əli və İslam Əhmədovların adına Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində küçə verilib və bununla bağlı mərasim keçirilib.
Bununla yanaşı, Qızılhacılı qəsəbəsində Fariz Qurbanovla Elman Həsənovun, Tap-Qaraqoyunlu kəndində Hidi Vəliyevin, Fəxralı (Faxralı) kəndində isə Kərim Yusifovun adlarına küçələr verilib.
Əli Əhmədov nişanlı, İslam Əhmədov ali təhsilli, Elman Həsənov isə ailəli, iki övlad atası idi.
Rza Məmmədov, Fariz Qurbanov, Kərim Yusifov və Hidi Vəliyev subay olublar.
Əli və İslam Əhmədovlar atalarını, Elman Həsənov isə anasını illər öncə itirib.
Rza Məmmədov, Fariz Qurbanov və Elman Həsənov ailənin tək oğlu olublar.
Əli və İslam Əhmədovlar ailədə cəmi iki övlad, iki qardaş, Hidi Vəliyev ailənin 4 övladından, Kərim Yusifov isə evin 3 oğlan övladından biri olub.
Əli və İslam Əhmədovlar ailədə cəmi iki övlad, iki qardaş, Hidi Vəliyev ailənin 4 övladından, Kərim Yusifov isə evin 3 oğlan övladından biri olub.
***






***
Bu gün səhər saatlarında adları çəkilən Şəhidlərin ayrı-ayrılıqda məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.
Çıxışlar olunub, 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərdən, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından danışılıb.
Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Eyni zamanda, sözügedən Şəhidlərlə bağlı Anım mərasimləri düzənlənib, adlarına ehsan süfrəsi açılıb.
Bir daha ruhlarına dualar oxunub, bir daha ailələrinə Allahdan səbr və dözüm arzulanıb.
Ruhları şad, məkanları cənnətlik, məqamları Uca olsun!
Nur içində yatsınlar, Nur içində uyusunlar!
Allah ailələrinə səbr və dözüm versin!
12:59
***
FOTOLAR:

















***











***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az