İkinci Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyaban-POLADLAR, İLQARLAR, MÜBARİZLƏR, TƏBRİZLƏR, SÜBHANLAR, NURLANLAR, URFANLAR, CƏBRAYILLAR… – FOTOLAR

Bu gün, 4 iyun tarixində növbəti dəfə İkinci Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabanı ziyarət etdim…

Etiraf edim ki, İkinci Fəxri Xiyabanda da ilk dəfə olurdum…

Hər iki Xiyabanda uyuyan Birinci və İkinci Vətən Müharibəsi, Aprel döyüşləri və atəşkəs dövrü Şəhidlərimizin məzarlarını bir-bir ziyarət etdim, məzarları önündə, ruhları qarşısında ehtiramla baş əydim…

Hər biri Baş tacımız, Qürur, İftixar Mənbəyimiz, And yerimizdir…

Hər birinin Vətən torpaqlarının, Qarabağın işğaldan azad olunmasında müstəsna xidmətləri, əməkləri, zəhmətləri var…Qanları ilə, canları ilə…

Hər birinin öz Qəhrəmanlıq Dastanı, öz İgidlik Səlnaməsi var…

Oxuduqca, vərəqlədikcə, tanış olduqca, bitməyəcək Dastan-Dastanlar, Səlnamə-Səlnamələr…

Onlar fərqli zamanlarda Şəhid olsalar da, hər biri müqəddəs Zəfərimizin və Qələbəmizin Qəhrəmanlarıdır…

Mübarizlər, Təbrizlər, Urfanlar, Nurlanlar, Cəbrayıllar, Poladlar, İlqarlar, Şükürlər, Əsgərlər, Rauflar, Teymurlar, Seymurlar…Daha neçə-neçə Şəhid Oğullar, daha neçə-neçə Vətən sevdalıları…

Bir deyil, on deyil, yüz deyil, min deyil…

Hər birinin ruhu qarşısında baş əyirəm, baş əyirik…

Hər zaman xatırlamalıyq, hər zaman xatırlanmalıdırlar…

Hər zaman yad etməliyik, hər zaman yad edilməlidirlər…

Hər zaman ziyarət etməliyik, hər zaman ziyarət edilməlidirlər…

Hər birinə borculuq, hər biri qarşısında borcumuz var…

Və heç zaman da borcumuzu ödəyə bilmərik, onlara olan borcumuz ödənməz, ödənilməz…

Unutmamalıyıq, unudarıqsa, unudularıq və lənətlənərik…

Allah məkanlarını cənnətlik, məzarlarını behiştlik etsin!

Nur içində yatsınlar!

***

İkinci Fəxri Xiyabanda olarkən İkinci Vətən Müharibəsi Şəhidi, əslən Bakının “NZS” qəsəbəsindən olan Sübhan Mahir oğlu Abdurəhmanlının da məzarını ziyarət etdim…

Bunu ona görə xüsusi vurğulayıram ki, bir neçə gün öncə Şəhidimizin valideynləri-Mahir Abdurəhmanlı və anası Mehriban xanımla Astarada tanış olmuşdum…

Belə ki, mayın 31-də Bakıdan, Mingəçevirdən, Xaçmazdan, Kürdəmirdən olan Şəhid ailələri Astarada bir araya gəlmişdilər…

Sübhanın valideynləri də həmin görüşə qatılanlar arasında idi…

Və o zaman özümə söz verdim-söz vermişdim ki, Bakıya dönərkən, mütləq Şəhidimizin məzarını ziyarət edəcəyəm…

Və Şəhidimizin məzarını ziyarət etdim, Allahdan rəhmət, ailəsinə bir daha səbr, dözüm dilədim…

Məkanında, məzarında rahat uyusun-Şəhidimiz!

Məqamı Ucalardan-uca, Dərgahı mübarək olsun!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

04.06.2021, Bakı, İkinci Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyaban

Etikxeber.az

Read Previous

AZƏRTAC üzvü olduğu beynəlxalq və regional təşkilatlara-MÜRACİƏT ÜNVANLADI

Read Next

“Beynəlxalq institutları bu hadisəni pisləməyə və həmrəylik göstərməyə çağırırıq”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir