İkinci sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

DİM-dən Etikxeber.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada olacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı bütün binalarda 1 növbə üzrə olmaqla saat 11:00-da başlanır.

Etikxeber.az

Read Previous

ABŞ hərbi komandanlığı Suriya əməliyyatının təfərrüartını açıqladı

Read Next

Putinlə Ərdoğan “görüşdü”, ABŞ isə Rusiyanı ittihamladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir