İkinci Vətən Müharibəsi: 2906 ŞƏHİD, 8 İTKİN… – RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyi (MN) Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

Etikxeber.az-ın xəbərinə görə, MN-in məlumatında bildirilib ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Etikxeber.az

Read Previous

Tarif Şurasından-YENİ QİYMƏT ARTIMI…

Read Next

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsə çevriləcək-QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir