İkinci Vətən Müharibəsi: Qəhrəman Goranboyun Şəhidləri-ELMAN, FARİZ, ELŞƏN, NOFƏL, KƏNAN, İLKİN, ŞAMƏDDİN, MÜBARİZ, TALEH, KAMİL, EMİL, NİCAT… – FOTOLAR

44 günlük İkinci Vətən Müharibəsi, İkinci Qarabağ Savaşı tarixi və möhtəşəm Qələbəmiz, Zəfərimizlə başa çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi İgid, Şanlı Azərbaycan Ordusu, Qəhrəman Azərbaycan Əsgəri 44 gündə, sentyabrın 27-dən 9 noyabracan Dastan yazdı, 32 illik münaqişəyə son qoydu, faşist və nasist Ermənistanı məğlub, təslim etdi.

Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan insanı 32 ildən sonra Haqqına, Haqq etdiyinə qovuşdu.

İkinci Vətən Müharibəsində 2800-ə yaxın Şəhid verdik, 1300-yə yaxın yaralımız, 100-dən çox itkinimiz oldu…

İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən, ilk anlarından savaşa qatılanlar arasında cəbhə rayonu olan, 32 il döyüşən, vuruşan, torpaq itirməyən, əksinə, 1992-ci ilin yayında torpağına torpaq, ərazisinə ərazi qatan Goranboyun igidləri, Goranboydan olan hərbçilər, MAXE-çilər, könüllülər də oldu…

Yüzlərlə (minə yaxın) Goranboylu döyüşlərin, müharibənin ən ön cərgələrində yer aldılar, ən ağır və ən qızğın döyüşlər gedən bölgələrdə vuruşdular, igidliklər, qəhrəmanlıqlar göstərdilər, dastan yazdılar-Talışdan, Suqovuşandan tutmuş Murov, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Laçın, Şuşayacan…

Yaralandılar, Şəhid oldular… Hələ də itkin düşənlərimiz var…

Eyni zamanda, Goranboyun 10-a yaxın kəndi (xüsusilə, Tap Qaraqoyunlu, Meşəli və digərləri) 44 gündə mütəmadi atəş zərbələrinə, top, raket, artilleriya hücumlarına məruz qaldı…

Onlarla ev dağıdıldı, ciddi zərərlərə məruz qaldı…

Xeyli sayda mülki, dinc insanlar, o cümlədən, qadınlar ( Qızılhacıldan olan 65 yaşlı Raziyə Abbasova və digərləri) yaralandılar, Şəhidlik məqamına ucaldılar…

Birinci Vətən Müharibəsində 250-yə yaxın Şəhid verən, 9 Milli Qəhrəmanı (içlərində dünyasını dəyişənlər də,hazırda sağ olanları da var) olan Qəhrəman Goranboy İkinci Qarabağ Savaşında 55 Şəhid verdi…

Həmçinin, 1991-ci ilə kimi Goranboyun tərkib hissəsi olan Naftalan İkinci Vətən Müharibəsində iki Şəhid verdi, Qaşaltı-Qaraqoyunluda 5 nəfərlik bir ailə erməni vandalizminin və barbarizminin qurbanı oldu…

Qeyd etdiyimiz kimi, yaralı Goranboyluların sayı-hesabı yoxdur, 10-a yaxın itkin düşən var…

Allahdan Goranboylu Şəhidlərimiz də daxil olmaqla, cəmi Şəhidlərimizə rəhmət diləyir, nur içində yatsınlar deyirik.

Baş tacımızdırlar, müqəddəs ruhları qarşısında baş əyirik!

Həmçinin, Böyük Yaradandan Yaralılarımza şəfa və tezliklə sağlamlıqlarına qovuşmalarını, itkin düşənlərimizdən isə tezliklə müjdəli, sevincli xəbərlərin gəlməsini arzulayırıq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Beləliklə, İkinci Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Goranboylular və Naftalanlılar:

1. Həsənov Elman Mehman oğlu – Qızılhacılı qəsəbəsi2. Qurbanov Fariz Məhəmməd oğlu – Qızılhacılı qəsəbəsi3. Ələkbərli Kənan Müşviq oğlu – Qızılhacılı qəsəbəsi4. Nuriyev Nofəl Xaliq oğlu – Qızılhacılı qəsəbəsi5. Vəliyev İlkin Səfayıl oğlu – Qızılhacılı qəsəbəsi6. Kərimov Elşən Rövşən oğlu – Qızılhacılı qəsəbəsi

7. Əliyev Şaməddin Qafqaz oğlu – Balakürd kəndi8. Cəfərov Mübariz Qulu oğlu – Balakürd kəndi9. Yusifov Kənan Fehruz oğlu – Səfikürd kəndi10. Rəsulov Sahil Sərvan oğlu – Səfikürd kəndi11. Qasımov Kamil Nüsrət oğlu – Səfikürd kəndi12. Behbudov Nofəl Həmid oğlu – Səfikürd kəndi13. Aslanov Taleh Elman oğlu – Səfikürd kəndi14. Həsənov Emil Eldəniz oğlu – Tatarlı kəndi15. Rzayev Səməd Füzuli oğlu – Tatarlı kəndi16. Sadıqov Elvin Namiq oğlu – Qaradağlı kəndi17. Əliyev Yadigar Səfxan oğlu – Qaradağlı kəndi18. Tağıyev Şahin Rəhim oğlu – Qaradağlı kəndi19. Yusifov Kərim Həsrət oğlu – Fəxralı kəndi20. Quliyev İlqar Akif oğlu – Fəxralı kəndi21. Tağıyev Elxan Fəxrəddin oğlu – Fəxralı kəndi22. Yusifov Yusif Oktay oğlu – Fəxralı kəndi23. Vəliyev Hidi Bəxtiyar oğlu – Tap Qaraqoyunlu kəndi24. Cümşüdov Orxan Sabutay oğlu – Tap Qaraqoyunlu kəndi

25. Baxşıyev Eldar Sultan oğlu – Düzqışlaq kəndi26. Zeynalov Elşən Zaman oğlu – Düzqışlaq kəndi27. Qasımov Tural Yelmar oğlu – Düzqışlaq kəndi28. Xıdırov Elgün Fuad oğlu – Xoylu kəndi29. Məmmədov Nemət Fəxrəddin oğlu – Xoylu kəndi30 Namazov Orxan Ceyhun oğlu – Xoylu kəndi31. Məhərrəmov Fuad İmaməddin oğlu – Zeyvə kəndi32. Rəsulov Elxan Ayaz oğlu – Zeyvə kəndi33. Qurbanov Cahangir Məhəmməd oğlu – Borsunlu kəndi34. Nəsibov Nicat Nəriman oğlu – Borsunlu kəndi35. Əliyev Mehrab Şikar oğlu – Baxçakürd kəndi36. Quliyev Akşin Mehdi oğlu – Baxçakürd kəndi37. Əşrəfov Məhəmməd Yusif oğlu – Veyisli kəndi

38. Süleymanov Arif Ramiz oğlu – Veyisli kəndi39. Məmmədov Ehtiram Mehman oğlu – Muzdurlar kəndi40. Məmmədov Əlövsət Əli oğlu – Muzdurlar kəndi41. Əliyev Sənan Ceyhun oğlu – Dəliməmmədli kəndi42. Rüstəmov Ələs Vidadi oğlu – Dəliməmmədli şəhəri43. Cəfərov Tacir Fariz oğlu – Qaraçinar kəndi44. Orucov Nemət Əkbər oğlu – Qaraçinar kəndi45. Ağalarov Nahid Musa oğlu – Xan Qərvənd kəndi46. Şahmalıyev Əzim Namiq oğlu – Alırzalı kəndi47. Muxtarov Taleh Həşim oğlu – Yeniyol kəndi48. Əliyev Laçın Rasim oğlu – Yəhərçi Qazaxlar kəndi49. Nağıyev Vüsal Əmrastan oğlu – Buzluq kəndi50. Məmmədov İbrahim Nadir oğlu – Rəhimli kəndi

51. Məmmədov Lətif Faiq oğlu – Qarasuçu kəndi52. Miriyev Sənan Arif oğlu – Aşağı Ağcakənd qəsəbəsi53. Nəsirov Xəqani Kamran oğlu – Aşağı Ağcakənd qəsəbəsi54. Məmmədov Qəhrəman Qürbət oğlu – Yolqulular kəndi55. Heydərov Qismət İsmayıl oğlu – Erkəc kəndi, 56. Bəhruz Firuz oğlu Quliyev-Naftalan şəhəri və Fərid İlqar oğlu Adıgözəlov -Naftalan şəhəri.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Goranboy-Naftalan-Bakı, 4-5 dekabr – 2020-ci il

Etikxeber.az

Read Previous

“19 yaşında əbədi nur qazanan Nurlan Nuruzadə”-MM-İN KOMİTƏ SƏDRİ YAZIR

Read Next

İkinci Vətən Müharibəsinin Qazisi Fatma Yıldırıma, Lent.az-a, DİM-ə və ADNSU-ya-TƏŞƏKKÜR ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir