Zabitlər Evində İkinci Vətən Müharibəsi Şəhidi, 3 övladı Vətənə əmanət qalan-MAYOR İLKİN ƏHƏDZADƏ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində İkinci Vətən Müharibəsi Şəhidi, mayor İlkin Qələmşah oğlu Əhədzadə ilə bağlı anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin ailə üzvləri, Mərkəzi Zabitlər Evinin əməkdaşları, hərbçilər və digər şəxslər iştirak ediblər.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Şəhid İlkin Əhədzadəyə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Həmçinin,çıxışlar edilib, Şəhidə, Şəhidlərə və Vətənə həsr həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.

Çıxışlarda Şəhid İlkin Əhədzadənin keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edilib.

Şəhidin valideynləri-anası Asəmən xanım və atası Qələmşah Əhədzadə isə öz növbəsində həm tədbirin təşkili üçün, həm də tədbir iştirakçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbir saatdan artıq davam edib.

Qeyd edək ki, mayor İlkin Əhəfzadə 2020-ci ilin oktyabrın 1-də Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, 35 yaşında Şəhidlik məqamına ucalıb.

3 övladı ailəsinə, Vətənə əmanət qalıb.

14:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“3 uşaq atası olan övladımın çörəyi daşdan çıxır, fəhləliklə, güc-bəla ilə birtəhər ailəsini dolandırmağa çalışır…”-ŞƏHİD QARDAŞLAR – NAZİR VƏ TACİR ALLAHVERDİYEVLƏRİN ANASINDAN ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT

Read Next

Daha 2256 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir