Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı şəhərinin Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Alı Nofəl oğlu Həsənlinin Anım Günüdür.
Alı Həsənlinin bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.
Anım Günü ilə bağlı bu gün Keşlə Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.
Şəhidin məzarını ziyarətdən sonra mərasim evində Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək.
Etikxeber.az xəbər verir ki, əslən Gürcüstanlı olan Alı Həsənli 1995-ci ilin 22 iyun tarixində Bakı şəhərinin Nizami rayonunda ziyalı ailəsində dünyaya gəlib.
2001-2012-ci illərdə Nizami rayonunda yerləşən Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbdə oxuyub.
Orta məktəbi qurtardıqdan sonra, 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Geofizika mühəndisliyi fakültəsinə daxil olub və 2016-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub.
Ali təhsilini başa vuran il, 2016-cı ilin iyulunda hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Beyləqan rayonunda xidmət edib.
2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dönüb və 2017-2018-ci illərdə müxtəlif sahələrdə çalışıb.
2018-ci ilin dekabrından isə SOCAR-ın Təhlükəsizlik İdarəsində təhlükəsizlik xidməti əməkdaşı kimi çalışıb.
2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunan 25 yaşlı Alı İkinci Vətən Müharibəsinin ilk anlarından da döyüşlərdə iştirak edib.
Döyüş yolu Füzuli-Cəbrayıl istiqamətlərində keçib və 2020-ci ilin oktyabrın 21-də Cəbrayıl istiqamətində döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Bakı şəhərində, Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Alı həm də ailənin tək oğlu, iki bacının tək qardaşı idi.
O, eyni zamanda, subay olub.
Məqamı Uca, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





