İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevlə bağlı-ZABİTLƏR EVİNDƏ TƏDBİR TƏŞKİL OLUNDU, ŞƏHİD ANASI “ŞƏHİDLƏRLƏ BAĞLI ƏSƏRLƏR YAZILMALI, FİLMLƏR ÇƏKİLMƏLİDİR”-DEYƏ, SÖZ VƏ İNCƏSƏNƏT ADAMLARINA ÇAĞIRIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Azad oğlu Nağıyevlə bağlı bu gün-23 yanvar 2025-ci il tarixində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində tədbir düzənlənib.

Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Bu zaman kövrək, təsirli anlar yaşanıb.

Tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Daha sonra çıxışlar başlayıb.

Çıxışlarda Şəhidin 24 illik qısa, lakin şərəfli ömür və hərb yolundan danışılıb, Vətən naminə fədakarlığından söz açılıb.

Şəhidin ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası Aytəkin Nağıyeva da hər kəsə-tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından minnətdarlığını ifadə edib.

O, eyni zamanda, söz və incəsənət adamlarına çağırış edərək bildirib ki, Şəhidlərlə bağlı əsərlər yazılmalı, filmlər çəkilməlidir.

Sonda-tədbirin ədəbi-bədii hissəsində isə Mərkəzi Zabitlər Evinin əməkdaşları-solistləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.

İki saata yaxın davam edən tədbirdə həmçinin, fotolar çəkdirilib.

16:50

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Zəfər Konstitusiyası qəbul edilə bilərmi?-ZAHİD ORUC İSTİSNA ETMİR

Read Next

“Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaq…”-ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir