İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və subay oğlu Əyyub Süleymanovun-BU GÜN ANIM GÜNÜ, ANASI ŞÜŞƏN ƏSƏDOVANIN İSƏ YEDDİ MƏRASİMİDİR…

Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub Rasim oğlu Süleymanovun Anım Günüdür.

Əyyub Süleymanovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.

Bu gün həm də Şəhidin anası Süşən Əsədovanın yeddi mərasimidir.

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Şüşən Əsədova oktyabrın 28-də, axşam saatlarında dünyasını dəyişib.

Bu gün həm Şəhidin, həm də anası Şüşən Əsədovanın məzarı ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar olunacaq, “Quran” oxunacaq.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım və yeddim mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq.

Şəhidin və anasının məzarını ziyarətdə, eləcə də Anım və yeddi mərasimində Biləsuvardan, Cəbrayıldan, Bakıdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, Şəhidin ailə üzləri, yaxınları, Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Əyyub Süleymanov 2001-ci ilin 9 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

2019-cu ildə hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib.

Və 2020-ci ilin noyabr ayında, müharibənin başa çatmasına bir neçə gün qalmış Laçın rayonu istiqamətində döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 4 noyabr tarixində Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Əyyub həm də subay olub.

Nur içində yatsınlar!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailələri və Qazilərin iştirakı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş-TƏDBİR DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Azərbaycan sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəkləyir”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir