Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Anım Günü ilə bağlı bu gün-10 oktyabr 2024-cü il tarixində, səhər saatlarında evin-ailənin tək və nişanlı oğlu, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən, MAXE, üç medallı, həm Bərdəli, həm də Bakı-Suraxanılı İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar olunub.
Etikxeber.az xəbər verir ki, çıxışlar zamanı Şəhidin keçdiyi 26 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edilib, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Doğmalarına, anası Mehparə Qəribovaya Allahdan səbr və dözüm arzulanıb.
Eyni zamanda, məktəblilər tərəfindən Şəhidə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Fəxri Qəribzadənin məzarını ziyarətdən sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi açılıb.
Daha sonra Şəhidin tək bacısının-Türkanə Qəribovanın (həm də dayısının) evində Anım mərasimi keçirilib, Şəhidin adına ehsan verilib.
Bir daha ruhuna dualar olunub.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində anası Mehparə Qəribova başda olmaqla, ailə üzvləri, yaxınları, doğmaları, Bərdə, Tərtər, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, yerli ziyalılar, media mənsubları, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Xanlar Fətiyevin köməkçisi, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev başda olmaqla, Bərdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!
13:11
***
FOTOLAR:
15:30
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az