İkinci Vətən Müharibəsi Şəhidi, nəşi 4 ay yarımdan sonra torpağa tapşırılan-BƏXTİYAR ASLANOVUN BU GÜN ANIM GÜNÜDÜR, ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL ÖTÜR…

Naftalan şəhərinin (həm də Şuşa şəhəri və Goranboy rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bəxtiyar İlqar oğlu Aslanovun Anım Günüdür.

Bəxtiyar Aslanovun Əbədiyyətə uğurlanmasından 3 il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək.

Məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı bağlı məclis düzənlənəcək, adına ehsan veriləcək.

Etikxeber.az-ın xəbərinə görə, anası Şuşalı, atası Goranboylu olan Bəxtiyar Aslanov 1998-ci ilin dekabr ayının 28-də Naftalan şəhərində dünyaya gəlib.

Evin iki övladından biri, ailənin tək və subay oğlu olub.

Bəxtiyar Aslanov İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub.

Ancaq müharibənin elə ilk günlərindən ondan xəbər almaq mümkün olmayıb.

Axırıncı dəfə anası-musiqi müəllimi Tünzalə Zöhrabova ilə danışıb, ondan sonra-sentyabrın sonlarından Bəxtiyar Aslanovdan heç bir xəbər çıxmayıb.

Şəhidliyi yalnız dörd ay yarım sonra təsdiqlənib və nəşi 2021-ci ilin 13 fevral tarixində, səhər saatlarında doğulub boya-başa çatdığı Naftalana şəhərinə gətirilib.

Ancaq anasının arzusu ilə nəşi Naftalanda deyil, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Əslən Naftalan və Goranboylu olan Bəxtiyar Aslanov həm də Şuşa şəhərinin 9 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məqamı Uca, məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

XİN Ermənistanın Zəngilan istiqamətində törətdiyi hərbi təxribat barədə-AÇIQLAMA YAYDI…

Read Next

Ordumuzun mövqeləri atəşə tutuldu-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir