Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qəbələ rayonunun Bum kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən, ailənin üç övladından biri, subay Adəm İkram oğlu Heydərovun Cənnətdəki üçüncü doğum günü, 23 yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında adını daşıyan “Şəhidlər parkı” və məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, ailəsi, yaxınları, Qəbələli, İsmayıllılı, Zərdablı, Kürdəmirli, Bərdəli, Yevlaxlı və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər və başqa şəxslər tərəfindən Adəm Heydərovun adını daşıyan “Şəhidlər parkı”nı ziyarəti zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Ruhuna dualar oxunub, qısa çıxışlar edilib, Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Sonra Şəhidin Bum qəbiristanlığındakı məzar ziyarət olunub.
Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, bir daha ruhuna dualar edilib.
Məzarı başında da qısa çıxışlar edilib, Qəbələli Şəhid atası tərəfindən Adəm Heydərova həsr olunmuş şeir səsləndirilib.
Daha sonra Şəhidin ocağında, ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan-iftar süfrəsi açılıb.
Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 23 yaşı mübarək olsun!
19:23
***
FOTOLAR:
19:28
***
19:31
***
20:31
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az