Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan əslən Goranboylu İslam İlqar oğlu Əhmədovun doğum günüdür.
İslam Əhmədovun bu gün 29 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, İslam Əhmədov 1994-cü ilin sentyabr ayının 19-da, sadə bir ailədə dünyaya gəlib.
İki övlad, iki qardaş olublar.
Atalarını çox vaxtsız itiriblər və anaları Sevinc xanım, Sevinc Əhmədova onlara həm ata, həm ana olub.
Onları minbir əzab-əziyyətlərlə böyüdüb boya-başa çatdırıb.
İslam ali təhsilli, Əli isə nişanlı olub.
Hər iki qardaş həm də Azərbaycan Ordusunda hərbçi-MAXE kimi fəaliyyət göstəriblər.
Hər iki qardaş da İkinci Vətən Müharibəsində iştirak ediblər.
Hər ikisi də eyni gündə-sentyabrın 27-də, ancaq başqa saatlarda, başqa yerlərdə Şəhidlik məqamına ucalıblar.
Hər ikisi də eyni gündə, sentyabrın 28-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıblar.
Hər ikisi də üç medal və bir ordenlə-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Ötən ilin sentyabr ayının 28-də-Anım günlərində isə Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində Şəhid qardaşların adını daşıyan küçənin açılış mərasimi olub.
Hər ikisinin də məqamı Uca, məkanı cənnətlik olsun!
Eyni zamanda, Şəhid İslamın-İslam Əhmədovun Cənnətdəki üçüncü doğum günü, 29 yaşı mübarək olsun!
Nur içində yatsınlar!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az