İkinci Vətən Müharibəsi Şəhidi Şahnur Hüseynovun anasından ölkə Prezidentinə-MÜRACİƏT…

Əslən Astaralı İkinci Vətən Müharibəsi Şəhidi Şahnur Şahin oğlu Hüseynovun anası Hədiyyə Hüseynova ölkə Prezidenti İlham Əliyevə müraciət edib.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev!

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan mübarizənin şanlı səhifələrindən biri də 27 sentyabr 2020-ci il oldu. 44 gün davam edən müharibədə döyüşün ilk səhifəsini yazan xalqımızın qürur mənbəyinə çevrilmiş, qəhrəmanlığı ilə tarixə adını yazdırmış Şəhid Tabor Komandiri Kapitan Şahnur Hüseynov olmuşdur.

Onun xidmətlərini bir daha diqqətinizə çatdırmağı özümə bir ana kimi mənəvi borc hesab edirəm. Şəhid Kapitan Şahnur Hüseynov 44 günlük müharibədə döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin ön sıralarında yer alaraq döyüş tapşırıqlarnı yüksək peşəkarlıqla, böyük cəsarət və fədakarlıqla yerinə yetirmişdir.Onun döyüş əməliyyatlarında göstərdiyi yüksək sücayəti,şəxsi nümunəsi,liderlik keyfiyyətləri və sarsılmaz iradəsi silahdaşlarına ruh vermiş, düşmənə isə sarsıtıcı zərbələr vurmasnda mühüm rol oynamışdır.Qeyd edim ki, müharibənin ilk günündə Şəhid Tabor Komandiri Kapitan Şahnur Hüseynov özü önə keçərək “arxamca” əmri vermişdir.

Mexanikləşdirilmiş Taborun Komandiri olan Kapitan Şahnur Hüseynov döyüşü uzaqdan da idarə edə bilərdi, döyüşdə irəlidə getmiyə də bilərdi. Amma ölümün gözünə dik baxaraq, Vətəni, Torpağı, Bayrağı uğrunda özünü ölümün üstünə atdı. Rəhbərlik etdiyi 3 bölüklə birlikdə özü öndə gedərək düşmənin məşhur “Ohanyan səddini” ilk yarıb keçdi, qələbəyə yol açdı və ilk azad etdikləri Fizuli rayonunun Qaraxanbəyli kəndinin qələbə müjdəsini Şahnur Hüseynov özü verdi. Ən böyük möcüzə məhz “Ohanyan səddi”ni yarıb keçməsi oldu.

Bu da onu göstərdi ki, ilk döyüş çox önəmli və həlledici idi. Ondan sonra bir neçə kəndi, lazımi yüksəklikləri və yaşayış yerlərini ələ keçirərək, düşməndən azad etdi, 5-6 postu ələ keçirdi, döyüş texnikasında tuşlayıcı ilə yerini dəyişərək, özü şəxsən sərrast atəşləri ilə çoxlu sayda düşmənin canlı qüvvəsini və hərbi texnikasını darmadağın etdi, növbəti yüksəklik uğrunda gedən döyüşdə döyüş texnikasında Qəhrəmancasına Şəhid oldu.

Onun döyüş yolu yuxarı Komandanlıq tərəfindən yüksək qiymətləndirilərək, onun adının “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq bilib vəsadət qaldırılmışdır. Lakin üstündən 5il keçməsinə baxmayaraq mənim balam hələ də o adı ala bilməmişdir. Cənab Ali Baş komandan İlham Əliyev, Şahnur Hüseynova “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi tarixi ədalətin bərbası olmaqla yanaşı, Şəhidlərimizin ruhuna, ailələrinə və bütün Azərbaycan xalqına göstərilən ehtiramın parlaq ifadəsi olardı. Bu qərar eyni zamanda, Azərbaycan ordusunun Qəhrəmanlıq ənənələrin yaşadılmasına, gənclərdə vətənə sədaqət və döyüş ruhunun daha da güclənməsinə töhvə verər.

Xahiş edirəm ki, xalqın iradəsini və Şahnur Hüseynovun vətən qarşısındakı misilsiz xidmətlərini nəzərə alaraq ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının verilməsi barədə müvafiq qərar qəbul edib, öz Sərəncamınızla bizi sevindirəsiniz”.

Etikxeber.az

Read Previous

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır-SƏRƏNCAM İMZALANDI – YENİLƏNİB

Read Next

Budaqovun yerinə Mursaqulov-TƏYİN OLUNDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir