Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün səhər saatlarında Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, ailənin 3 övladından biri, ali təhsilli və subay Tərxan Zabit oğlu Qurbanovun Anım Günü ilə bağlı Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Etikxeber.az-ın xəbərinə görə, məzarını ziyarətdə Şəhidin valideynləri, bacısı, yaxınları, şəhər sakinləri, Mingəçevirdən, Kürdəmirdən, digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, Qazilər, Tərxan Qurbanovun döyüşçü yoldaşları, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.
Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Ziyarət təxminən bir saat çəkib.
Sonra Şəhidin yaşadığı məhəllədə anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.
Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhlarında dualar edilib.
11:42
***
FOTOLAR:
MƏZARININ ZİYARƏTİ…
ANALAR YANAR, AĞLAR…
***
11:54
***
12:04
***
ŞƏHİD ATALARI…ŞƏHİD AİLƏLƏRİ… QAZİMİZ… ŞƏHİD ANALARI… ŞƏHİD BACILARI…
13:40
***
13:50
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az