İkinci Vətən Müharibəsi Şəhidi-TELMAN ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ TƏŞKİL OLUNDU – FOTOLAR – YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən, ali təhsilli, Baş leytenant, subay Telman İqdam oğlu Ələkbərovun Cənnətdəki dördüncü doğum günü, 33 yaşının tamam olması ilə bu gün İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarı başında qısa çıxışlar olunub, Şəhidin anası Səmayə Ələkbərovaya Allahdan səbr və dözüm arzulanıb, Telman Ələkbərovun Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Sonra Sabunçu rayonunda fəaliyyət göstərən və Şəhidin təhsil aldığı 215 saylı tam orta məktəbin beşinci sinif şagirdləri tərəfindən şeirlər ifa edilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında yerləşən mərasim evində Telman Ələkbərovun adına məclis, çay-ehsan süfrəsi təşkil olunub.

Bir daha Şəhidin ruhuna dualar edilib.

Məclisdə Telman Ələkbərovla bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra şagirdlərin ifasında Şəhidlərə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.

Sonda xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və çay-ehsan süfrəsində anası Səmayə xanım, Şəhid ailələri, müəllim və şagirdlər iştirak ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailələri və Qazilərin iştirakı ilə-XIRDALAN ŞƏHƏRİNDƏ YERLƏŞƏN “LİLYA” RESTORANINDA İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNUDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

Müxtəlif müsabiqələr üzrə uğur qazanan şagirdlərlə-MARAQLI GÖRÜŞ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir