Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadənin doğum günüdür.
Məhəmmədəli Məhəmmədəlizadənin bu gün-28 aprel 2026-cı il tarixində 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, evin-ailənin tək oğlu Məhəmmədəli Məhəmmədəlizadə 1992-ci ilin aprelin 28-də Ağdamın Güllücə kəndində dünyaya gəlib.
Məhəmmədəligil ailədə 4 övlad olublar.
Bir bacısı və bir qardaşı uşaq-körpə vaxtlarında dünyasını dəyişib və Məhəmmədəligil bir bacı-bir qardaş qalıblar.

Tək bacısı hazırda iki övlad anasıdır.
Məhəmmədgil 1993-cü ilin yayında Ağdamın işğal olunması ilə əvvəlcə Bərdədə, sonra isə Ağdamın İkinci Dördyol qəsəbəsində məskunlaşıblar.
1998-2009-cu illərdə orta orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2010-2011-ci illərdə Azərbaycan Ordusunda xidmət edib.
Əsgərlikdən döndükdən sonra bir müddət müxtəlif sahələrdə çalışıb.
Son 5 ildə isə həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı isə ilk gündən döyüşlərdə olub və müharibənin 10-cu günündə, oktyabrın 6-dan 7-nə keçən gecə elə doğulub boya-başa çatdığı Ağdam rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 4 gün sonra, oktyabrın 11-də Quzanlı Şəhidlər Xiyabanında Əbədiyyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının başqa medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Məhəmmədəli həm də subay olub.
***
Bu gün həm də Oğuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Rəşid oğlu Rəhimlinin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Orxan Rəhimlinin bu gün 32 yaşı tamam olur.
Qeyd edək ki, Orxan Rəhimli 1994-cü ilin 28 aprel tarixində Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Bacısı hazırda ailəlidir.
Atalarını 2019-cu ilin dekabrında itiriblər.
Orxan ali təhsilli olub.
O da subay idi.
İkinci Vətən Müharibəsində iştirak edib.
Onunla birlikdə xalası oğlu, Mingəçevirli Təbriz İldırım oğlu Cüməzadə də İkinci Qarabağ Savaşına qatılıb.
İkisi də eyni istiqamətdə döyüşüblər.
İkisi də eyni gündə və eyni istiqamətdə-Şuşa istiqamətində Şəhid olublar.
Hər ikisi də noyabrın 8-də Şəhidlik məqamına ucalıblar.
Ancaq Orxan noyanbrın 16-da, Təbriz isə noyabrın 26-da torpağa tapşırılıb.
Orxan doğma kəndlərində, Xaçmaz kəndinin Şəhidlər Xiyabanında, Təbriz isə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Orxan ümumilikdə Xaçmaz kəndinin 8 Şəhidindən biridir.
Şəhidliyindən sonra medallarla təltif olunub.


***
Bu gün eyni zamanda, 11 aprel 2023-cü il Şəhidlərindən olan Ağstafalı (əslən Gədəbəyli) Elşad Qabil oğlu Həsənovun doğum günüdür.
Elşad Həsənovun da 32 yaşı tamam olur.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olan Elşad 1994-cü ilin aprel ayının 28-də dünyaya gəlib.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda fəaliyyət göstərib, Gizir rütbəsini daşıyıb.

İyul-Tovuz döyüşlərinin və tarixi 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
Kəlbəcər-Murovdağ, Cəbrayıl, Füzuli, Laçın istqamətlərində döyüşüb, vuruşub.
İkinci Vətən Müharibəsindən sonra Ali Baş Komandan tərəfindən medallarla təltif olunub.
Şəhidliyindən 6 ay öncə Tovuz rayonunun Böyük Qışlaq kəndindən olan Səbinə adlı xanımla ailə həyatı qurub.
2023-cü ilin apelin 11-də, 29 yaşının tamamına 17 gün qalmış isə Laçın istiqamətində Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra-12 aprel tarixində Ağstafa rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





