İkinci Vətən Müharibəsi Şəhidləri: Bərdəli Aqil Quliyev və Kürdəmirli Ziya Nurməmmədov-SABAH AQİL QULİYEVİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ, ZİYA NURMƏMMƏDOVUN İSƏ ANIM GÜNÜDÜR…

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziya Zabil oğlu Nurməmmədovun Anım Günüdür.

Ziya Nurməmmədovun sabah-2 dekabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Etikxeber.az-ın xəbərinə görə, Ziya Nurməmmmədov 2001-ci ilin avqustun 29-da Kürdəmirin Sığırlı kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ildə Əsgərliyə yollanıb və Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı cəmi 3 ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.

Oktyabr ayının 13-də, müharibənin 17-ci günündə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb və nəşi yalnız 1 ay 20 gündən sonra əldə edilib və dekabr ayının 3-də Sığırlıda torpağa tapşırılıb.

Ziya həm də Sığırlının 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, eyni zamanda, subay olub.

***

Sabah həm də Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Aqil Mətləb oğlu Quliyevin doğum günüdür.

Aqil Quliyevin sabah 24 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Aqil Quliyev 2000-ci ilin dekabr ayının 3-də Bərdə rayonunda-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri olub.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

18 yaşını tamamladıqdan sonra isə həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk güündən də döyüşlərdə iştirak edib.

Döyüş yolu da uzun və şərəfli olub.

Noyabrın 8-cən, Şuşa azad olunan günə kimi döyüş yolu keçib.

Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün elə Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 3 gündən sonra Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla və bir ordenlə təltif olunub.

Aqil də subay idi.

Məqamları Uca olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 57 gündən sonra Əbədiyyətə uğurlanan-ŞONQARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AĞAMİRZƏ GÜLMƏLİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, ÇIXIŞLAR OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şəhid Natiq Əliyevin xanımı-LAYİHƏ QALİBİ OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir