Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Goranboylu Fuad İmaməddin oğlu Məhərrəmov və Məhəmməd Yusif oğlu Əşrəfovun, eləcə də Samuxlu Pərviz Tufan oğlu Rüstəmovun Anım günləridir.
Hər üç Şəhidin bu gün-30 oktyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il ötür.
Etikxeber.az xəbər verir ki, Fuad Məhərrəmov 1994-cü ilin aprel ayının 5-də Zeyvə kəndində dünyaya gəlib.


Ailənin altı övladından biri, beş bacının tək qardaşı olub.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Ali təhsilli, peşəkar hərbçi idi.
Baş leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və şərəfli döyüş yolu 18 gün çəkib.
Oktyabr ayının 14-də isə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 16 gün sonra, oktyabr ayının 30-da Zeyvə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də subay olub.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Şəhidin bacısı Nazilə Nəsirovanın həyat yoldaşı-iki övlad atası, hərbçi Xəqani Kamran oğlu Nəsirov da İkinci Vətən Müharibəsi Şəhididir.
Xəqani Nəsirov Bərdə Şəhidlər Xiyabanında uyuyur.
***
Pərviz Rüstəmov 6 may 1992-ci il tarixində Samux rayonunda dünyaya gəlib.
Evin-ailənin tək və yeganə övladı olub.
Körpəliyindən atası, ata nənəsi və babası tərəfindən böyüdülüb.
7 yaşında isə atasını itirib və 9 yaşından Gəncə şəhərində yaşayan bibisi Elena xanımın himayəsində yaşayıb.
Orta təhsilini Gəncə şəhərində davam etdirib.


Orta məktəbi bitirdikdən bir müddət sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
2012-ci ildə Əsgərlikdən qayıtdıqdan illər sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb və 2020-ci ilin oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir neçə gün sonra, 30 oktyabr tarixində Samux rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Samuxda adını daşıyan küçə var.
28 yaşında Şəhidlik məqamına ucalan Pərviz də Fuad kimi subay olub.
***
Xoşbəxt və Yusif Əşrəfovların tək oğlu, tək övladı olan Məhəmməd Əşrəfov isə 2002-ci ilin 9 aprel tarxində Goranboy rayonunun Veyisli kəndində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən bir müddət sonra-2020-ci ilin yazında həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi iştirak edib.
İkinci Qarabağ Savaşı zamanı-oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq Onun da nəşi günlər sonra, oktyabr ayının 30-da Veyisli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Məhəmməd həm də Veyislinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olub.
Məhəmməd də digər iki Şəhidimiz kimi subay idi.
Veyisli kəndində adını daşıyan küçə var.
***
Bu gün həm də əslən Yevlaxlı Səmədər Vahid oğlu İsmayılzadənin Anım Günüdür.
Onun da Əbədiyyətə uğurlanmasından beş il ötür.
Səməndər İsmayılzadə 1990-cı ilin avqust ayının 25-də dünyaya gəlib.
Ailənin üç övladından, evin və subay tək oğlu, iki bacının tək qardaşı idi.
Şəhidliyindən öncə atasını itirib.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.
Əsgərliyini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərbi ilə bağlayıb.
Azərbaycan Ordusunun Giziri olub.
Aprel döyüşlərində iştirak edib.
2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinə qatılan Səməndər Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.
Oktyabrın 28-də isə Füzuli istiqamətində qəhrəmancasına Şəhadətə ucalıb və nəşi 30 oktyabr tarixində Lökbatan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





