İkinci Vətən Müharibəsi Şəhidləri, evin-ailənin tək oğulları-MİQDAD ABDULƏLİMOVLA MURAD QURBANOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

İkinci Vətən Müharibəsi Şəhidləri-Bakılı Murad Qurbanov və Qubalı Miqdad Abduləlimovun doğum günüdür.

Murad Qurbanovun 28 yaşı, Miqdad Abduləlimovun isə bu gün 22 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbərir ki, Bakının Səbail rayonundan olan Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.

Ailənin iki övladından biri-evin tək oğlu, tək bacının tək qardaşı olub.

Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüblər.

Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.

Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.

Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.

Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.

Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.

İkinci Vətən Müharibəsi zamanı isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.

Və oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 3 gün sonra-oktyabrın 14-də Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

Ancaq anası, ailəsi Muradın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Oxuduğu məktəbin foyesində büstü ucaldılıb.

***

Evin tək oğlu, ailənin 3 övladından biri olan Miqdad Faiq oğlu Abduəlimov isə 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində dünyaya gəlib.

2019-cu ildə orta məktəbi bitirib və o da Murad Qurbanov kimi Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb.

Əsgər kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib və döyüşlərin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Amma nəşi yalnız 32 gündən sonra tapılaraq, oktyabr ayının 29-da Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Miqdad həm də subay olub.

Mirzəməmmədkənd kəndində yaşadıqları küçə Onun adını daşıyır.

Hər iki Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

8 ilin hərbçisi, iki medallı, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı-NAFTALANLI RƏVAN RÜSTƏMOVLA KOLLEC TƏHSİLLİ HƏYAT YOLDAŞI, VETERAN QIZI VƏ ŞƏHİD BACISI OLAN FƏRQANƏ RÜSTƏMOVA İŞLƏ TƏMİN EDİLƏCƏKLƏRMİ? – FOTOLAR

Read Next

“Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”-AZƏRBAYCAN PREZİDENTİ PAKİSTANIN PREZİDENTİ VƏ BAŞ NAZİRİNƏ TƏBRİK MƏKTUBU GÖNDƏRDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir