İkinci Vətən Müharibəsi Şəhidləri-polkovnik-leytenant Zaur Cəfərov və həkim Feyruz Hacılı-HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARLARI ZİYARƏT EDİLDİ, VƏTƏN NAMİNƏ FƏDAKARLIQLARINDAN SÖZ AÇILIDI; MİLLƏT VƏKİLİ ÜLVİ QULİYEV: “MƏHZ ŞƏHİDLƏRİMİZİN SAYƏSİNDƏ QARABAĞIMIZDA ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANR, “AZAN” OXUNUR, MUĞAM SƏSLƏNİR…” – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Zaur Hüseyn oğlu Cəfərov və Feyruz Bəhruz oğlu Hacılının doğum günüdür.

Zaur Hüseynovun 45, Feyruz Cəfərovun isə 31 yaşı taman olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, bu gün-4 mart 2025-ci il tarixində, səhər saatlarında əslən Kəlbəcərli, Başlıbelli, üç övlad atası, ali-hərbi təhsilli, bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, ailənin iki oğlan övladından biri, polkovnik-leytenant Zaur Cəfərov və Bakılı, ali təhsilli həkim, subay, ailənin üç övladından biri, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Feyruz Hacılının Cənnətdəki beşinci doğum günləri ilə bağlı uyuduqları İkinci Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Hər iki Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar edilib, “Quran” oxunub.

Hər ikisinin məzarı başında çıxışlar edilib.

Şəhidlərin 4026 illik şərəfli həyat, ömür və döyüş yollarından danışılıb, ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günləri təbrik olunub.

Millət vəkili Ülvi Quliyev Şəhidlərin ailələrinə, doğmalarına Allahdan səbr arzulayaraq bildirib ki, məhz onların Vətən naminə fədakarlığı sayəsində bu gün Qarabağımızda üçrəngli bayrağımız dalğalanır, “Azan” oxunur, muğam səslənir, quruculuq-abadlıq işləri aparılır.

“Hər birimiz Şəhidlərimizə və Ali Baş Komandanımıza minnətdarıq. Onların sayəsində bu gün Qarabağımız, işğal altında olan bütün torpaqlarımız azad nəfəs alır, dirçəldilir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Şəhidlərin məzarları başında məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndrilib.

Daha sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Cənnətdəki beşinci doğum günləri ilə bağlı məclis düzənlənib, Şəhidlərin adlarına çay-ehsan süfrəsi təşkil olunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhlarına dualar edililib, xatirə fotoları çəkdirilib.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“D-8 ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur…”-İlham Əliyev “Tatneft”, “KazMunayQaz”, “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini-QƏBUL ETDİ – FOTOLAR -YENİLƏNİB -(1)

Read Next

Ailənin tək və subay övladı, ali təhsilli-peşəkar hərbçi, Əfsanəvi Xüsusi Təyinatlı-ŞƏHRİYAR ƏLİBƏYLİNİN BU GÜN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir