Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakılı, Qaradağlılı İkinci Vətən Müharibəsi Şəhidləri Ruslan Hikmət oğlu Abbasov və Ataməli Seyidməmməd oğlu Musaoğlunun bu gün-16 oktyabr 2026-cı il tarixində, səhər saatlarında Anım günlərində, Əbədiyyətə uğurlanmalarının altıncı ilində Lokbatan Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarına dualar edilib, “Quran” oxunub.
Hər iki Şəhidin valideynlərinə, Ruslan Abbasovun anası Leyla xanıma və Ataməli Musaoğlunun anası Leyla xanıma, atası Seyidməmməd Musayevə Allahdan səbr və dözüm arzulanıb.
Xatirə fotoları çəkdirilib.
Şəhidlərin məzarlarını ziyarətdən sonra Lökbatanda yerləşən “Qaradağ” şadlıq sarayında Anım məclisləri keçirilib, adlarına ehsan süfrələri açılıb.
Bir daha Şəhidlərin ruhlarına dualar olunub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Qeyd edək ki, adları çəkilən Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, Şəhid ailələri, Qaradağ rayon İcra Hakimiyyətin başçısı və məsul şəxsləri, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Onu da qeyd edək ki, hər iki Şəhid ailənin tək oğlu, tək bacının tək qardası olub.
Ataməli ali təhsilli, Ruslan orta təhsilli idi.
Eyni zamanda, Ruslan subay, Ataməli isə ailəli, bir qız atasıydı.
Gül adlı qızı Vətənə əmanət qalıb.
Ruslan Füzuli, Ataməli isə Suqovuşan istiqamətində Şəhid olublar.
Şəhidliklərindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Ruhları şad olsun!
***
FOTOLAR:












***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





