İkinci Vətən Müharibəsi Şəhidləri-Teymur Məcidzadə, Nicat Tarıverdiyev və Kənan Süleymanlının-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsi Şəhidləri-Teymur Məcidzadə, Kənan Süleymanlı və Nicat Tarıverdiyevin Şəhidliklərinin və Əbədiyyətə uğurlanmalarının üçüncü ilə bağlı bu gün İkinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) məzarları ziyarət olunub.

Hər üç Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar edilib.

Şəhidlərin ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az xəbər verir ki, Şəhidlərin məzarlarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) yerləşən mərasim zalında Anım mərasim düzənlənib, adlarına ehsan verilib.

Bir daha ruhlarına dualar olunub, “Quran” oxunub.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müvafiq İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq… Regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq…Bu cəhdlər nəticəsiz qaldı…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki oğlan övladından biri, ali təhsilli-BAXIŞ İLQAR OĞLU RƏHİMLİNİN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir