İkinci Vətən Müharibəsi Şəhidləri-Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və qardaşı ilə atası Qazi, özü isə Şəhid olan Elməddin Yusifovun-BU GÜN ANIM GÜNÜDÜR, HƏR İKİ ŞƏHİDİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL ÖTÜR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən əslən Qubadlı rayonunun Xanlıq kəndindən olan Vüqar Əhməd oğlu Ağayev və Bərdə rayonunun Mirzalıbəyli kəndindən olan Elməddin Mahir oğlu Yusifovun bu gün Əbədiyyətə uğurlandığı, torpağa tapşırıldığı gündür.

Bu gün hər iki Şəhidin Anım Günüdür.

Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım günləri ilə bağlı bu gün hər iki Şəhidin məzarı ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar oxunacaq, çıxışlar ediləcək.

Sonra Şəhidlərlə bağlı Anım mərasimləri keçiriləcək, adlarına ehsan süfrələri açılacaq.

Etikxeber.az-ın xəbərinə görə, Vüqar Ağayev 1973-cü ilin mart ayının 4-də, Elməddin Yusifov 1995-ci ilin aprel ayının 28-də dünyaya gəlib.

Vüqar Ağayevgil ailədə bir neçə uşaq, Elməddin Yusifov isə ailənin üç övladından, iki qardaşdan biri olub.

Vüqar Ağayev ali təhsilli, peşəkar və istefada olan hərbçi, MayorElməddin Yusifov orta təhsilli idi.

Elməddin Yusifov və qardaşı Məhəbbət Yusifov İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub və hər ikisi də təxminən eyni istiqamətlərdə döyüşüblər.

Vüqar Ağayev isə istefada olsa da, könüllü olaraq, Vətənin müdafiəsinə qoşulub.

Vüqar Ağayev doğulub boya-başa çatdığı Qubadlı rayonu, Elməddin Yusifov isə Kəlbəcər-Murovdağ istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar.

Vüqar Ağayev noyabrın 1-də Qubadlının Çardaqlı kəndində, Elməddin Yusifov oktyabrın 30-da Murovdağda Şəhidlik zirvəsinə yüksəlib.

Ancaq hər iki Şəhidin nəşi noyabrın 2-də torpağa tapşırılıb, Vüqar Ağayev İkinci Şəhidlər Xiyabanında, Elməddin Yusifov Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.

Vüqar Ağayev həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Elməddin Yusifov isə 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Vüqar Ağayev ailəli, iki övlad atası, Elməddin Yusifov subay idi.

Qeyd edək ki, Elməddin Yusifovun atası Mahir Yusifov Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aybəniz Haşımova və “Sənət Akademiyası”nın gənc istedadları “Zəfər” musiqi və teatr festivalı çərçivəsində-KONSERT PROQRAMI İLƏ ÇIXIŞ ETDİLƏR – FOTOLAR

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir