Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Ağcabədili Nurlan Şükür oğlu Quliyevin, Mingəçevirli Musa Tapdıq oğlu Həsənovun Anım günləri, Bərdəli Səid Həsən oğlu Ədilovun isə Cənnətdəki beşinci doğum günüdür.
Nurlan Quliyevlə Musa Həsənovun bu gün-5 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmalarından beş il keçir.
Səid Ədliovun isə bu gün 31 yaşı tamam olur.
Anım Günü ilə bağlı bu gün-5 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Qaraxanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Ağcabədili Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə-anası Zülfiyyə Quluyevaya Allahdan səbr və dözüm arzulanıb.
Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, Nurlan Quliyev 1995-ci ilin dekabr ayının 4-də (əslində isə noyabrın 11-də) Ağcabədi rayonunun Qaraxanlı kəndində sadə bir ailədə dünyaya gəlib.

Evin-ailənin dörd övladından, üç qardaşdan biri olub.
Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub.
Ailəsi, anası Zülfiyyə xanım axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.
Noyabr ayının 1-də isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 4 gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda adını daşıyan küçə var.
O, həm də nişanlı olub.
Atasını da illər öncə itirib.
***
Səid Həsən oğlu Ədilovun isə Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Ziyarətdə Səid Ədilovun ailə üzvləri-anası Əzizə xanım, atası Həsən kişi, tək bacısı Nərmin xanım, Şəhidin yaxınları, Bərdə və Tərtərli Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər və başqa şəxslər iştirak ediblər
Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar olunub, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanında Şəhidin sonra adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Eyni zamanda, Şəhidin ailəsinin Cəyirli kəndində yaşadığı evdə adına ehsan süfrəsi açılıb.
Ehsan süfrəsində Şəhidin doğmaları, Bərdəli Şəhid anaları, “Special Parfum“-ün rəhbəri Səməndər Abdullayev və digər şəxslər iştirak ediblər.
Şəhidin valideynlərinə-anası Əzizə xanıma və atası Həsən Ədilova “Special Parfum”-ün adından hədiyyələr rəqdim olunub.
Şəhidin valideynləri də hədiyyələrə və mənəvi dəstəyə görə öz minnətfarlıqlarını ifadə ediblər.
Sonra xatirə fotoları çəkdirilib.

1994-cü ilin noyabın 5-də Bərdənin Cəyirli kəndində-sadə bir ailədə dünyaya gələn, evin iki övladından biri, tək bacının tək qardaşı olan Səid Ədilov İkinci Vətən Müharibəsinin ilk günlərində, oktyabrın 2-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və elə həmin gün, 3 dekabr 2020-ci il tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra medallarla təltif edilib.
Ailəsi isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
26 yaşında Şəhidlik məqamına ucalan Səid subay olub.
***

Bu gün eyni zamanda, Şəhid qardaşlardan olan Musa Tapdıq oğlu Həsənovun Anım Günü ilə Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Onun da məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, qısa çıxışlar edilib.
Həm Onun, həm də Şəhid qardaşı Tural Həsənovun Vətən naminə fədakarlıqlarından söz açılıb.
Anaları Nəhayət Həsənovaya, o cümlədən ailə üzvlərinə, doğmalarına Allahdan səbr və dözüm dilənib.
Məzarını ziyarətdən sonra isə Mərasim evində Anım məclisi düzənlənib, adına ehsan verilib, ruhuna dualar olunub.
Qeyd edək ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən isə Goranboylu olan Musa Həsənov 1995-cı ilin noyabrın 24-də Mingəçevirdə sadə bir ailədə-Nəhayət və Tapdıq Həsənovların ailəsində dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
Ataları-Ağdamın Çəmənli kəndindən olan Tapdıq Həsənov ötən il dünyasını dəyişib.
Musa orta məktəbi qurtardıqdan sonra həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
Əsgərliyini bitirdikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif yerlərdə çalışıb.
İkinci Vətən Müharibəsi başlayan gündən də tək qardaşı Tural Həsənovla döyüşlərdə olub.
Musa müharibənin ilk günlərində Şəhid olsa da, uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.
Nəşi Şəhidliyindən 35 gün sonra, 2020-ci ilin 5 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qardaşı Tural Həsənov da İkinci Vətən Müharibəsi zamanı Şəhid olub, onun nəşi 68 gündən sonra ailəsinə təhvil verilib və dekabr ayının 9-da Əbədiyyətə uğurlanıb.
Hər iki qardaş ailəli, iki övlad atası olub.
Şəhidliyindən 6 ay sonra isə qız övladlarından biri-bir yaşlı İnci də xəstəlikdən vəfat edib.
Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Eyni zamanda, Mingəçevirdəki “Günəşli” yaşayış massivində hər iki qardaşını adını daşıyan-Tural və Musa qardaşları küçəsi var.
***

Bu gün həm də Zərdablı-vəfat etmiş əmisinin adını daşıyan Ağaqardaş İlham oğlu Abbasovun Anım Günüdür.
Ağaqardaş Abbasov evin-ailənin 3 övladından biri, iki bacının tək qardaşı olub…
1992-ci ilin sentyabr ayının 28-də Hüseynxanlı kədində dünyaya gəlib…
Ali təhsilli, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olsa da, lakin hərb sənətini seçib…
Həyatını hərb, Ordu ilə bağlayıb, Baş leytenant rütbəsini daşıyıb…
Aprel döyüşlərinin iştirakçısı olub…
O da İkinci Vətən Müharibəsinin ilk saniyəsindən döyüşlərə atılıb və elə müharibənin ilk günündə Füzuli istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…
Sentyabrın 28-nə, 28 yaşının tamamına saatlar, dəqiqələr qalmış Vətəni yolunda Şəhidlik zirvəsinə ucalıb…
Ancaq nəşi xeyli müddət sonra, noyabr ayının 4-də tapılıb, ailəsinə təhvil verilib və bir gün sonra Hüseynxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra orden və medallarla təltif olunub…
O, həm də ailəli olub…
5 ildən və Şəhidliyindən təxminən 5 ay sonra, 2021-ci ilin fevral ayında İlknur adlı qızı dünyaya gəlib…
Tək qız övladı Vətənə əmanət qalıb.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
15:07
***
FOTOLAR:












***




***







***







***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




