Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mingəçevirli Şahmar Fikrət oğlu Seyidov və Ağdamlı Rövşən Mehdi oğlu Mehdiyevin doğum günüdür.
Bu gün-21 fevral 2025-ci il tarixində Şahmar Seyidovun 28, Rövşən Mehdiyevin isə 25 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan Rövşən Mehdiyev 2000-ci ilin fevralın 21-də dünyaya gəlib.
Ailənin dörd övladından, iki qardaşdan biri, həm də subay olub.
Ailəsi Ağdamın işğal altındakı Suma kəndindən və bu səbəbdən də məcburi köçkün olduğu üçün Bərdə rayonuna pənah gətirib, “Türk Qızıl Ay” çadır (qaçqın) şəhərciyində yaşayıb.
2007-2018-ci illərdə Ağdamın Təzəkənd 106 saylı köçkün tam orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Vətənin keşiyində dayanıb.
Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinin yanına dönüb və bir müddət sonra yenidən həyatını ordu, hərbi ilə bağlamağa qərar verib.
Kursa yazılıb, kursu müvəffəqiyyətlə başa vurub və MAXE kimi xidmətə başlayıb.
İkinci Vətən Müharibəsinin ilk günündən də MAXE kimi döyüşlərdə olub.
2020-ci ilin oktyabrın 24-də isə Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 25-də Quzanlıda-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi, valideynləri həm də övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Əslən Zərdablı olan Şahmar Seyidov isə 1997-ci ilin fevral ayının 21-də Mingəçevir şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
Bir neçə il öncə atalarını itiriblər.
İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib.
2020-ci ilin oktyabr ayında, Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 12 oktyabr 2020-ci il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra medallarla təltif edilib.
Şəhidin anası Əsməgül Seyidova da övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
O, həm də nişanlı olub.
Qardaşı İlkin Seyidovun sonuncu övladı Şahmarın adını daşıyır.
Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





